Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır- Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir

19-02-2021, 11:29           
Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-
Azərbaycanın ilk mobil operatoru olan Azercell barədə geniş məlumata ehtiyac yoxdur.
Hazırda 4.5 milyondan çox abunəçisi olan şirkət demək olar ki, bütün ölkə ərazisini əhatə edir.
Ancaq zaman-zaman bu şirkətlə bağlı şikayətlər, narazılıqlar da mediaya yol tapır.
Sonuncu dəfə Azercell Telekom MMC ilə Milli Ön-nün məhkəmə çəkişməsi barədə xəbər yayıldı.
Xəbərdən bəlli olurdu ki, Azercell borcunu ödəmədiyi üçün Milli Ön abunəçilərin kontur yükləməsinə məhdudiyyət qoyub, daha doğrusu bu əməliyyatı aparmaq mümkün deyildi.
Bu isə Azercell abunəçiləri arasında ciddi narazılıq yaratdı. Axı, şirkət öz borcuna görə, niyə öz abunəçilərinə discomfort yaratmalıdır.
Əlbəttə, problem tək bununla bitmir.
Uzun müddətdir ki, şirkətin ən prestijli nömrələri sayılan 050- 211, 050- 288 ilə bağlı cəmiyyətdə az qala bir “əfsanə” dolaşır.
Həmin nömrələrin 8-10 min manata satılması dillər əzbəridir.
Axı, bu bahalıqda nömrə qiyməti olarmı ?
Lap tutaq ki, şirkət nömrələri həqiqətən də bu qiymətə müştərilərə satır. Bəs bunun rüsumu, dövlətə vergisi hara , daha doğrusu kimlərin cibinə gedir ?
Digər problem odur ki, belə bahalı nömrələrə sahib olan abunəçilər, sonrada lazım gələrsə həmin nömrəni öz yaxınına, dostuna hədiyyə edə, onun adına keçirə bilmir.
Bu məsələ ancaq etibarnamə ilə mümkündür. Amma ada keçirmək istəyən müştəri xüsusi yollarla 5 min manat ödəməlidir.
/gundelik-baku.com/
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.