Daha bir məmur pandemiyanı heçə saydı! Özbaşnalıq davam edir. ...

16-04-2021, 20:38           
Daha bir məmur pandemiyanı heçə saydı!
İmişlidə rəis müavininin özbaşınalıqları hüdud tanımır

Dövlət başçısının dəfələrlə ifadə etdiyi “məmur xalqın xidmətçisidir” fikri sanki Azərbaycan məmurunu qıcıqlandıran ən həssas məqamlardandır. Prezidentin fikrinə qarşı çıxan məmurların özbaşınalıqları ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Bu gün İmişlidəki mənbədən redaksiyamıza maraqlı məlumat daxil oldu. Mənbənin bildirdiyinə görə ölkə üzrə karantin rejiminin tətbiqinə baxmayaraq, bu rayonda toyların və hüzr məclislərinin keçirilməsində epizodik hallar istisna olsa da, demək olar ki, maneələr yoxdur. Belə ki, rayon polis şöbəsinin rəis müavini Habil Ağayevin icazəsi ilə İmişlidə istənilən kütləvi tədbirin keçirilməsi mümkündür. Sadəcə... Hesab edirəm ki, arif adamlar üçün yetərli sadəcə bir işarədir.

Habil Ağayev
Mənbənin bildirdiyinə görə aprel ayının 6-da Habil Ağayevin qayınanasının 3 mərasimində təxminən 500 nəfərə yaxın şəxs iştirak edib. Hətta mərasim iştirakçıları içərisində rayonda müxtəlif dövlət vəzifələrində yüksək post tutan şəxslərdə olub. Lakin mənbənin bildirdiyinə görə rayon ərazisində kimsə bu qədər şəxsin icazəsi ilə hər hansı tədbirin keçirilməsinə sadəcə cəsarət edə bilməzdi. Məlumatı verən mənbə onu da əlavə etdi ki, 10.04.2021-ci il tarixdə İimşli peşə məktəbinin direktoru Qalib Mirzəyev də öz həyətində övladı üçün izdihamlı toy mərasimni keçirib. Onu da qeyd edək ki, Qalib Mirzəyev bir müddət əvvəl rəhbərlik etdiyi təhsil müəssisəsində təhsil alan şagirdlərin təqaüd kartlarını özündə saxlaması ilə mətbuatın gündəminə gəlmişdi.

Qalib Mirzəyev
Və mənbə əlavə olaraq onu da qeyd etdi ki. peşə məktəbinin direktorunun övladına toy etməsinin də “xeyir duasını” məhz Habil Ağayev verib. Məlumatı verən mənbə onu da qeyd etdi ki, Habil Ağayev öz səhhəti ilə bağlı illərdir ki, DİN-ə yanlış məlumatlar və sənədlər təqdim edir. Halbuki... Məsələnin açılmaması üçün hər bir vasitəyə əl atan rəis müavini üçün bu məsələnin gündəmə gəlməsi qiyamət əlaməti kimidir. Lakin...
Onu da qeyd edək ki, Habil Ağayevin hadisənin ictimailəşdirilməsindən narahatlığını əks etdirən nüanslarla bağlı fotolarda redaksiyaya təqdim ediləcək.
Məlumatda adı çəkilən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
http://turaninfo.org/daha-bir-mmur-pandemiyani-hec-saydi-ozbasnaliq-davam-edir.html
/turaninfo.org/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.