Bakının mərkəzində "Azəravtoyol"un nəzarətsiz qoyduğu təhlükə saçan körpü - FOTO+VİDEO

6-06-2021, 12:31           
Bakının mərkəzində "Azəravtoyol"un nəzarətsiz qoyduğu təhlükə saçan körpü - FOTO+VİDEO

Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən avtomobil körpüsü sakinlər üçün təhlükə yaradır.

32gun.news-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, körpünün alt hissəsi yağışdan aşınıb.

Habelə körpünün altında quraşdırılan lampalar qırılıb və ipdən asılı şəkildə qalıb. Bu da hər an qırılıb insanların üzərinə düşə biləcəyi ilə bağlı təlaş yaradır.
Həmin körpünün alt hissəsindən yerüstü piyada keçidi var.

Sakinlərin bildirdiyinə görə, körpünün altı bir müddətdir ki, belə təhlükəli vəziyyətdir, "Azəravtoyol" bu körpünün bərpası üçün heç bir əncam çəkmir














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru