DÜŞMƏNƏ İNFORMASİYALAR BELƏ ÖTÜRÜLÜR! – Füzuli Diaqnostika Mərkəzinin baş həkimi yaralı hərbiçilərimizin video görüntülərini yayıb, halbuki…

19-06-2021, 20:16           
DÜŞMƏNƏ İNFORMASİYALAR BELƏ ÖTÜRÜLÜR! –
17 İyun – Tibb İşçisi Günündə Füzuli Diaqnostika Mərkəzinin baş həkimi yaralı hərbiçilərimizin video görüntülərini yayıb, halbuki…

44 günlük Vətən müharibəsi zamanı yaralanmış hərbçilərimizin müharibənin getdiyi günlərdə Füzuli Rayon Müalicə Diaqnostika Mərkəzində müalicə aldıqları vaxt Mərkəzin təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri sosial şəbəkədə yayılıb. Məxfi sayılır, yayılmasına icazə verilmir. Bunu yaymaq düşmənə informasiya ötürmək deməkdir. Ancaq görünən o ki, “Füzuli Rayon Müalicə Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin direktoru Şaiq Şükürov hər bir şeyi gözə alaraq, hətta qanunun tələblərini – hərbi məxfiçiliyi və digər dövlət sirrini yaymaq qadağasını belə öz şəxsi mənafeyinə, vəzifə yüksəlişinə qurban verib. Yəqin ki, Şaiq Şükürov əməlinin fövqünə varmır. Hər halda bu da onun savadsızlığının məhsuludur. Özünü TƏBİB – in gözünə “soxmaq” üçün (əslində Şaiq Şükürov Füzuli rayom MRX-na direktor gəlmək arzusundadır) Vətən müharibəsi dövründə Füzuli Diaqnostika Mərkəzinin təhlükəsizlik kameralarında qeyd alınmış yaralı hərbiçilərimizin görüntülərini özünün sosial media hesabında (feysbuk səhifəsində) paylaşıb.
Təbii, kimlərsə düşünə bilər ki, artıq müharibə başa çatıb, indi həmin görüntülərin üzə çıxmasında elə bir təhlükə yoxdur. Yəni, düşmən daha Füzuli Diaqnostika Mərkəzini vurmaq iqtidarında deyildir. Amma məsələnin başqa tərəfləri də var. Məsələn, ola bilsin ki, həmin vaxt müalicə alan, görüntüdə əks olunan yaralılardan hansılarınsa həyatını xilas etmək mümkün olmayıb. İndi onları göstərmək şəhid ata-analarının, qardaş-bacılarının yarasının qaysağını qopartmaq deyilmi? İkincisi, ola bilsin, yüngül xəsarətdən Mərkəzdə müalicə olunub yenidən cəbhəyə qayıtmış əsgərlərdən hansısa düşmənə əsir düşüb və onun geri qaytarılması üçün səy göstərilir. Düşmən həmin görüntüləri bəhanə edib deyə bilər ki, Azərbaycan əsgəri əsir götürülməyib, elə öz xəstəxanalarında izi itib. Nəhayət, digər bir variant: Həmin ərəfələrdə söz gəzirdi ki, yaralanmış düşmən əsgərləri bizim şəhid olmuş hərbçilərimizin əynindən paltarı çıxarıb özləri geyinirmişlər ki, heç olmasa bizim həkimlərimizdən ilkin tibbi yardım ala bilsinlər. Yenə də ola bilər ki, həmin düşmən hərbçiləri sağaltmaq mümkün olmayıb. Ermənistan tərəfi yaralı hərbçisini bizim xəstəxanada sağ qalmış vəziyyətdə görsə. iddia qaldırmazmı ki, Azərbaycan həmin hərbçini əsir saxlayıb?
Bütün bunları nəzərə alanda görünür ki, məsələ heç də Şaiq Şükürovun düşündüyü kimi bəsit deyildir.
İndi özünüz düşünün, belə nüansları gözə alacaq qədər dərrakəsi olmayan birini rəhbər vəzifədə saxlamaq nə dərəcədə düzgündür? Onsuz da illərdir ki, Şükürovlar çetesi Füzuli səhiyyəsini içdən yeyiblər. Şaiq Şükürovun bu səhlənkarlığı Füzuli səhiyyəsini onun çirkli caynağından qurtarmaq üçün ciddi fürsətdir.

RealMedia.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.