“COVİD PEYVƏNDLƏRİNDƏ UŞAQLARIN CİNSİ YETİŞKƏNLİYİNİ BLOK EDƏN MADDƏLƏR VAR” – “Bu, insanlıq əleyhinə verilmiş cinayət qərarına bənzəyir”

7-09-2021, 07:15           
“COVİD PEYVƏNDLƏRİNDƏ UŞAQLARIN CİNSİ YETİŞKƏNLİYİNİ BLOK EDƏN MADDƏLƏR VAR” –
Böyük Britaniyanın məşğulluq məsələləri üzrə baş hüquqşünası Anna De Buissere “Unity News Network” xəbər portalına Covid-19 peyvəndlərinin yeniyetmələrlə uşaqlara vurulması ilə bağlı davam edən məhkəmə işi barədə danışıb.

Qafqaz.media xəbər verir ki, baş hüquqşünas deyir: "Biz peyvəndin 16, 17 və 12-15 yaş qruplarına vurulması qərarlarının araşdırılması üçün onları məhkəməyə yönləndiririk. Keçən bir il ərzində “De Buissere” həm İngiltərədə, həm də beynəlxalq səviyyədə bir qrup hüquqşünas ilə birgə Covid-19 pandemiyası və test dönəmindəki peyvəndlərlə bağlı mövcud olan bütün sübutları araşdırmaq və təhlil etmək üçün çalışır. Hüquqşünaslar qrupu “HART” daxil olmaqla, “Covid - 19 Məclisi”, “Dünya Həkimlər Birliyi”; “Birləşmiş Krallıq Azadlıq İttifaqı”; “Biz onlar üçün” kimi təşviqat qruplarıyla çalışır.

Bu yaxınlarda, De Byuissere Twitterdə yayılmış bir videoda Brayton şəhərində 16-17 yaşlı yeniyetmələrin peyvənd edildiyi klinikanın heyətinə, oradakı zabitlərə meydan oxuyub və bu video sosial şəbəkədə virus kimi təsbit olunub. Videoda Anna bu inyeksiyaları uşaqların ərgənliyi (cinsi yetişkənliyi) blok edən maddələrin tətbiq olunnmasına razı olmamalarının qəbul edildiyi “Bell vs Tavistock NHS Trust” işi ilə müqayisə edib. “UNN”-ə müsahibəsi zamanı Anna deyib: "İstəyirəm ki, hər bir valideyn 2020-ci ilin dekabrında verilən “Bell vs Tavistock NHS” qətnaməsindəki qərarı oxusun, çünki burada cinsi yetişkənlik blokatorlarından bəhs edir. Bəzi jurnalistlər "ah, bu nə danışır, cəfəngiyyatdır”, - dedilər, amma məsələ bu deyil. Məsələ burasındadır ki, bu (yəni Covid vaksinasiyası) eksperimental-sınaq müalicəsidir və yetkinlik blokatorları eksperimental idi və bu iynələr də eksperimentaldır, ona görə də analiz eynidir. Mən istəyirəm ki, valideynlərdən bu qətnaməyə baxıb, uşaqların “Gillick” barədə səlahiyyətli ola bilməyəcəyi ilə bağlı məhkəmənin dediklərini görsünlər".

Vəkil izah edir ki, 18 yaşından kiçik uşaq peyvəndlənmənin risklərini və uzunmüddətli nəticələrini anlaya bilməz, üstəlik də "heç birimizin bunun nəticəsinin necə olacağını bilmədiyimiz halda”.

Annanın sözlərinə görə, NHS dəfələrlə xəbərdarlıqlı razılıq prosedurlarını pozmuş və nəticədə məhkəməyə cəlb olunmuşddur ki, bu da onlara məhkəmənin göstəriş verməsilə nəticələnmişdir: "Mən şəxsən and altında yazılı ifadə hazırlayıram, hansı ki, hazırda 138 səhifədən ibarət qanun layihəsi olan sənədə məhkəmə araşdırması çərçivəsində Malayziya məhkəmələrində müraciət ediləcək. Onları bura gətirdiyimizlə eyni əsasda təqdim edirik, hansı ki, siz də, mən də bilirik ki, uşaqlara bu sınaq iynəsinin vurulmaması lazım olduğuna dair sübutlar silsiləsi bir neçə qapıdan keçir.

Malayziya komandası ekspert rəyi olaraq sübut formasında sənədlə təsdiq etməyimi istədilər ki, uşaqlarla bağlı Malayziyanın xəbərdar edilmiş razılıq qaydalarının tapdanması yalnız orada yox, İngiltərədə və bütün dünyada baş verir”.

Baş hüquqşünasın dediyinə görə, sübutlar göstərir ki, dünyada tibbi etik kodekslərə riayət edilmir və insanlığa qarşı cinayətlər də daxil olmaqla, hər yurisdiksiyada - həm beynəlxalq, həm də ölkə daxilində bir çox qanunlar pozulur: Dünyada baş verənlər məhkəmə zalında insanlıq əleyhinə verilmiş cinayət qərarına bənzəyir və bu da, bir çox insanın öldüyünə görə genosid deməkdir. Bu, bioloji müharibə vəziyyətinə uyğun gələn bio-silahdırmı, hələ araşdırılır. Dünyadakı müxtəlif hüquqi qruplarının iddialarına görə bu proses gedir".

Hüquqşünas deyir ki, Covid-19 peyvəndi vurulması nəticəsində zərər çəkən, yaxud ölən insanların sayının çoxluğundan narahatdır və uşaqlara bu eksperimental iynənin vurulmasının cəmiyyət üçün zərərli olacaq.

Anna və komandası, məktəblərə, xəstəxanalara tanıtım materialları göndərərək, onları qanuni olaraq xəbərdar edəcək.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.