Köçərli Həsənov Qorxmaz Hüseynovun qohumlarını hansı məqsədlə hələ də müdafiə edir?

7-09-2021, 07:46           
Köçərli Həsənov Qorxmaz Hüseynovun qohumlarını hansı məqsədlə hələ də müdafiə edir?

“Azərsu” ASC ilə bağlı əvvəlki yazılarımızda qeyd etmişdik ki, saytımıza yeni məlumatlar daxilı olmaqdadır və onları sizlərin diqqətinə çatdıracağıq.
“Azərsu” ASC-dəkı mənbənin verdiyi məlumata görə, Köçərli Həsənov hələ də sabiq sədr Qorxmaz Hüseynovun ideyalarına sadiq qalaraq onun qohumlarının “Azərsu” ASC-yə məxsus maşınılardan istifadə etməsinə şərait yaradır. Həmin qohumları canı-dildən müdafiə edir və onlar hələ də da öz tutduqları vəzifələrində çalışırlar.
Belə məlum olur ki, hələ də pul qaynaqları həmin qohumların əlindədir. Yəni baş mühasib, sayğaclar idarəsinin rəisi, su satış idarəsinin rəis müavini, Bakı Su-Kanal idarəsinin rəisi, tikinti trestinin rəis müavini, Neft Şirkətindən gətirilən sədr müavinləri hələ də işləməklə öz çirkin əməllərini davam etdirirlər.
K.Həsənov bu vəziyyətdən çox mükəmməl istifadə edərək ancaq pul və sərvət toplamaqla məşğuldur.
Mənbənin məlumatına görə, K.Həsənov bu pulları “Azərsu”ya sədr təsdiq olunmaq üçün toplayır və bu məqsədlə “dayı”sı tərəfindən verilən tapşırıqları yerinə yetirməklə məşğuldur.
Məlumata görə, vəsaitin toplanması işinə adı korrupsiya əməllərində hallanan yeni müavin İlham Quliyev bir milyon manat hədiyyə etmişdir.
Mövcud vəziyyətdən narazı olan “Azərsu” ASC-nin əksər əməkdaşları Prezidentə müraciət etmək, adları korrupsiya əməllərində hallanan bu şəxslərin əlindən xilas olmaq niyyətindədirlər.
Məgər respublikamızda kadr qıtlığı yaranıb ki, bu cür əməllərin sahibləri “Azərsu” kimi strateji bir qurumdan hələ də “dörd əlli” yapışıblar?
Q.Hüseynov vaxtilə “Azərsu” ASC-yə külli miqdarda maddi ziyan vurmaqla yanaşı , kadrların seçilməsi baxımından da böyük haqsızlıqlara yol vermişdir. Belə ki, orada olan ləyaqətli, peşəkar, dövlətə , onun rəhbərinə sadiq, uzun illər həmin kollektivdə böyük hörmətə malik olan, həm savadlı, həm də işi ilə fərqlənən kadrları işdən azad edərək, Köçərli kimi bisavadı, Teyyub kimi saxtakarı onların yerinə təyin edib.
Bundan əlavə polis sistemindən təqaüdə çıxan DYP çavuşları və bu kimi digər şəxslər oradakı layiqli kadrların yerinə işə götürülmüşdür.
“Azərsu” ASC-nin zəhmətkeş kollektivi ümid edir ki, ölkə rəhbərliyi səviyyəsində bu qurumda baş verən haqsızlıqlara münasibət bildiriləcək və nəhayət ki haqq-ədalət öz yerini tapacaq.

Növbəti yazılarımızda sizi saytımıza daxil olan yeni materiallarla tanış edəcəyik.
Bizi izləyin!
Azia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.