Zərdabın başçısı səkilərə öz sexinin metlaxlarını düzdürür

8-09-2021, 15:29           
Zərdabın başçısı səkilərə öz sexinin metlaxlarını düzdürür
Zərdab rayonunda səkilərə metlax vurulur. Bu da camaatı bir yandan sevindirib. Əhali danışır ki, rayonda yollar, səkilərin gününə ağlamaq lazımdır. Ona görə səkilərə metlax vurulması hamının ürəyincə olub.
Amma bu işdən ən çox sevinən və ürəyincə olan Zərdabın icra başçısı Mərdan Camalovdur. Çünki İH rəhbəri bu işdən xeyir götürür.
Reportyor.info-nun əldə etdiyi xəbərə görə, M.Camalovun səkilərə metlax vurdurmaq təşəbbüsü heç də zərdablıları çox istəməkdən irəli gəlmir.
Məlum olur ki, icra başçısının hələ Şirvan şəhərində rəhbər olduğu dövrdən özünə məxsus metlax və kafel sexi var imiş. Elə o zamandan Şirvanın küçələrinə, parklarına metlax vurduranda öz müəssisəsinin istehsal etdiyi mallardan istifadə edirmiş.
İndi Zərdaba təyinat alıb və eyni işi bu rayonda həyata keçirir. Bildirilir ki, Şirvandakı həmin sexdən gətirilən metlaxlar Zərdabın səkilərinə vurulur.
Sakinlər dua edirlər ki, kaş icra başçısının zibil qabları istehsal edən fabriki olaydı, Zərdabın küçələrinə qoyardı, rayon təmizlənərdi, üfunətdən, antisanitariyadan xilas olardı.
Sakinlər onu da arzu edirlər ki, icra başçısının boru istehsal edən obyekti də olsun, rayonun yarımçıq qalan kanalizasiya problemi həllini tapsın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.