"Parkların birini metro deposu adı ilə məhv elədilər, birini də belə... "Azadlıq" metrosunun çıxışıdır bura..." FOTO

11-12-2021, 19:13           
"Parkların birini metro deposu adı ilə məhv elədilər, birini də belə... "Azadlıq" metrosunun çıxışıdır bura..." FOTO
Teref.az xəbər verir ki, sosial şəbəkədə bir çox vətəndaşlarımız şəhərimizin yaşıllıqlarının məhv edilməsi və bu yaşıllıqların yerində nizamsız binaların tikilməsindən söz salırlar. Əsasəndə faktlarla. Və media olaraq biz bu şikayətləri gözdən qaçırdmayaraq oxucularımıza təqdim edirik. daha bir sosial şəbəkə istifadəçisi Naibə Qurbanova yazır:
"Əvvəl parkın suyunu kəsirlər, yaşıllığı qurudurlar. Sonra təmir adı ilə bir-iki il ərazidə qurdalanırlar, sonra oranı xarabalığa döndərib, qorxulu mənzərə yaradırlar.
Teref.az yazır ki, vətəndaş parkların bəzi işbazlar tərəfindən necə ələ keçirildiyi barədə situasiyanı təsvir edir. O yaşıllığı məhv etmə "texnologiyasına" aydınlıq gətirərək yazır:
Sonra balaca-balaca kafelər oylağı olur həmin yerlər. Sonra sakinlər ərazinin narkomanlar, avaralar toplaşdığı yer olmasından şikayətlənir. Giley-güzar, narazılıq... Və arzulanan vəziyyət tam hazırdır - ərazidə bina tikmək olar.
Son 10-15 ildə 7-8-ci mikrorayon ərazisində artıq neçənci parkın bu cür məhv edilib yerində obyekt, bina tikildiyini görmüşəm.
İcra Hakimiyyəti bir söz bilir - ərazi özəlləşdirilib. Özəlləşdirən də kimdir, bilinmir. Yaxşı, yetirən buraları özəlləşdirəcəksə, siz nədən ötrüsünüz bəs? Vətəndaş haqlı olaraq sual verir - "Zibil yeşiklərinin yerində də bina tikilərmi?"
Bu sualdan sonra Naibə xanım ürək ağrısı ilə davam edərək yazır:
Bura ərazinin ən böyük iki parkından biri idi. Birini metro deposu adı ilə məhv elədilər, birini də belə... "Azadlıq" metrosunun çıxışıdır bura... Tam azaddır, kim nə istəyir edir.
O günlərdə Qarabağa getmişdim axı... Məsələn, o xarabalıq bu xarabalıqdan daha yaxşı idi. Adam şəhərinə belə qəsd eləməz!"

Terefaz olaraq əlaqədar təşkilatlardan cavab gözləyirik!
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.