Sahil Babayev 160 milyonu saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən "Aznest" və "Aqri Kon" şirkətlərinə necə verib?- İTTİHAM

24-01-2022, 09:41           
Sahil Babayev 160 milyonu saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən "Aznest" və "Aqri Kon" şirkətlərinə necə verib?- İTTİHAM
Sahil Babayev nazir təyin olunduqdan 2 ay sonra yaranan, bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən "Aznest" və "Aqri Kon" şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udduğu qeyd olunur. Soldakı sənəddən də göründüyü kimi açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib, məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin "Ekvita"sı, "Ekvita" işçisinin "Global Legal" şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib.
Teref.az xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Elçin Əziz (Elçin Eziz) öz statusunda yazıb.
"AqriKon" QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda "Aznest" nömrəsi gizlədildiyi gün gizlədilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdikləri, 160 milyon manatdan çox tender verdikləri şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidirlər. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir.
Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar. Eyni zamanda milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər.
Elçin Eziz (Elçin Əziz)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.