Deputat Məşhur Məmmədov xaricdə 2 milyon manatlıq mülk alıb(?)-FOTOLAR

23-02-2022, 00:05           
Deputat Məşhur Məmmədov xaricdə 2 milyon manatlıq mülk alıb(?)-FOTOLAR
Hakim Yeni Azərbaycan Partiyasının 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məmmədov Məşhur Şahbaz oğlunun bir neçə il öncə Şərqi Amerikada villa alması barədə media da məlumatlar yayıldı.

Yenixeber.org: Həmin məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook səhifəsində də paylaşmışdı.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin vaxt facebook’da paylaşdığı məlumatda qeyd edirdi ki, “Embawood” şirkətinin rəhbəri kimi tanınan iş adamı Məmmədov Məşhur Şahbaz oğlu 2019-cu ilin əvvəllərində Şərqi Amerikada villa alıb.

Masallıdan olan məşhur iş adamı əmlaka 1 140 000.00 dollar ödəyib. Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee-də yerləşir. Villanın illik dövlət vergisi 26,374.15 dollar təşkil edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru