DİN qazinin pensiyasını vəkil Əlirza Həbilova niyə ödəyir?

23-02-2022, 15:24           
DİN qazinin pensiyasını vəkil Əlirza Həbilova niyə ödəyir?
Baş təşkilat - inspeksiya idarəsi DİN-in “hüquqlarını” qorumağı VK-ya tapşırıb

Vəkillər Kollegiyası istintaq – ittiham orqanlarının “hüquq və azadlıqlarını” qoruyur? !

Güc strukturlarının maliyyə qurumlarının büdcədən ayrılan vəsaiti təyinatından yayındırması bu günün söhbəti deyil , illərdir sürən korrupsiya əməlidir. İş o yerə çatıb ki, hüququnu tələb edənlər açıq şəkildə təhdid olunur, hətta məhkəməyə müraciət etmək hüququna da qadağa qoyulub. Bu sətirlərin yazarının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin (DQBİ) , Maliyyə Plan İdarəsinin (MPİ) özbaşınalıq həddinə çatan qanunsuzluğundan nazirin özünə, baş prokurora, Prezidentə müraciətinin özündən 30 milyon (?) manatın tələb edilməsi ilə sonuclanması Nizami məhkəməsinə verilən iddia ilə doğrulanıb. DİN-in zabit pensiyaçısına nə işdənçıxarma pulunun, nə geyim - əşya kompensasiyasının, nə məzuniyyət – ezamiyyət pulunun, nə sığorta ödənişinin, nə sanatoriya yollayışının … (“nə” bütün güzəşt və hüquqlara aiddir- M.B. ) verilməsi özbaşınalığından Prezidentə və baş prokurora şikayət DQBİ komandanını “ idarənin şərəf və ləyaqətini” 30 milyona dəyişməyə şirnikləndirib . Qarabağ qazisinin məhkəməyə müraciətinə isə illərlə iddia müddətini ötürmək “əsası” ilə qadağa qoyulub . Oysa Konstitusiya Məhkəməsinin də qərarında göstərilib ki, əmək, pensiya hüququ ilə bağlı iddialara iddia müddəti tətbiq edilmir. Məhkəmədə cavab verməyin qaçılmaz olduğunu görən DİN DQ , Maliyyə Plan İdarəsi işə mahiyyəti üzrə baxılmasını əngəlləmək yolu seçib və DİN-in saxta vəkili və səlahiyyətli nümayəndəsi , DİN vəzifəlilərinə “xüsusi ittiham xidməti” müdafiəçiliyi, vəkilliyi göstərən Vəkillər Kollegiyasının üzvü Əlirza Həbilovu 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymağa vəkil etməyə vadar edib. Özü də heç müqavilə bağlamadan , etibarnamə vermədən! (?) Heç demə, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, vəkil Əlirza Həbilov DİN-in işçisi imiş! Vəkilin dövlət orqanının, özəlliklə istintaq – ittiham orqanının nümayəndəsi ola bilməzliyini “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin IV hissəsi doğrulayır :” DÖVLƏT QULLUĞUNDA ÇALIŞAN ŞƏXSLƏR YALNIZ VƏZİFƏDƏN AZAD EDİLDİKDƏN SONRA VƏKİLLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLA BİLƏRLƏR”. Əlirza Həbilovun “bir əlində iki qarpı tutması” janqlyorluğunu məzhəkə -hoqqabazlıq sirkinə çevrilən məhkəmələrin qeyri-prosessual coşqu ilə alqışlamalarını təbii qarşılamaq olar, amma nəzarətedici maliyyə -hüquq qurumlarının - , Maliyyə Nazirliyinin, Hesablama Palatasının , Məhkəmə-Hüquq Şurasının, baş prokurorluğun, DİN-in özünün (öz) Qarabağ qazisinin pensiyasını Vəkillər Kollegiyasına yedirtməsini necə anlamaq, alqışlamaq olar? Absurd özbaşınalığa baxın, pensiyasının , güzəştlərinin güc – maliyyə qurumlarının yeminə çevrilməsindən məhkəməyə şikayət edən qazinin məhkəmə hüququna pensiyadan vəkilə haqq ödəməklə qadağa qoyulub! (?) Qarabağ qazisi illərdir işə mahiyyəti üzrə baxılmasına nail ola bilmir, dövlət orqanlarının özbaşınalığını Vəkillər Kollegiyası qeyri – prosessual peşəkarlıqla müdafiə edir ? ! Hüquq və azadlıqların məhkəmə təminatına , müdafiəsinə baxın, vəkil ittiham orqanının “hüquq və azadlıqlarını” müdafiə edir! Özü də qazi və şəhid ailələrinin müavinət , pensiya haqqı ilə! (?)

Daxili İşlər Nazirliyinin baş təşkilat – inspeksiya idarəsinin rəis müavini Ruslan Kərimov 21.02.2022 tarixli məktubla DİN-in səlahiyyətli nümayəndəsi və vəkili Əlirza Həbilovun 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasını hüquqa MÜDAXİLƏ ilə əvəz edib və bu müdaxilənin qanuni olduğunu vurğulayıb : ”QANUNVERİCİLİKLƏ MÜƏYYƏN EDİLMİŞ QAYDADA MƏHKƏMƏLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASI İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİNİN 31-ci və MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNİN 74.2 MADDƏLƏRİNDƏ GÖSTƏRİLƏN SƏLAHİYYƏTLƏRİN HƏYATA

KEÇİRİLMƏSİ VƏKİLLƏR KOLLEGİYASININ ÜZVÜ HƏBİLOV ƏLİRZA QƏMƏNDƏR oğluna DAXİLİ İŞLƏR NAZİRLİYİ TƏRƏFİNDƏN HƏVALƏ EDİLMİŞDİR.”

DİN-in baş təşkilat inspeksiya idarəsinin qanunvericilikdən xəbərsizliyinin bilərəkdən və ya savadsızlıqdan qaynaqlandığından xəbərsizik. Amma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1 və 73.5 maddələrində nümayəndənin və vəkilin səlahiyyətlərinin qanuna uyğun verilmiş etibarnamə ilə təsdiq edilməli olmasından xəbərdarıq . DİN-in adından VK -nın üzvü Əlirza Həbilova nümayəndəlik səlahiyyətinin həvalə edilməsi yalnız nazir tərəfindən uyğun müqavilə bağlanılmaqla həyata keçirilə bilər. Ortada isə nə müqavilə var, nə də etibarnamə. Ola da bilməz, nədən DİN-in nümayəndəsi vəkil , vəkil isə DİN-in nümayəndəsi olması mümkünsüzdür. Olmayan etibarnamə və müqavilə ilə DİN-in adından prosessual – qeyri-prosessual hərəkətlər edilməsi vəzifədən sui-istifadə, dələduzluq, korrupsiya cinayətlərinə uyğundur. Dövlətin vəsaitini Qarabağ qazisinin hüquq və azadlıqlarının pozulmasına xərcləmək nə qanuna , nə Konstitusiyaya uyğundur, nə də vicdana.

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.