33 saylı poliklinikada həkim xəstəni müayinə etməkdən kobud şəkildə imtina edib - İDDİA

3-03-2022, 12:05           
33 saylı poliklinikada həkim xəstəni müayinə etməkdən kobud şəkildə imtina edib - İDDİA
Teref.az olaraq saytımıza müracət etmiş vətandaşın şikayətini təqdim edirik:
Bakı şəhəri, Səbail rayonu, Gülbala

Əliyev küçəsi, ev-2, ünvanındakı

yataqxanada daimi qeydiyyatda olan

Rəhimova Rahidə Məcnun qızı

tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Bildirirəm ki, 26 fevral 2022-ci il tarixdə qızım sağlamlıq imkanı məhdud olan Rəhimova Zəhra öskürək boğulma halsızlıq əlamətləri ilə qeydiyyatda olduğumuz ərazi üzrə Səbail rayon 33 saylı poliklinikaya müraciət etmişik.

Sahə üzrə həkim Səfərova Aygün qızım Zəhranı müainə etməkdən kobud şəkildə imtina edərək qızım Zəhranı köməksiz vəziyyətdə qoymuşdur.

Biz dəfələrlə təkid edərək qanuni olaraq ərazi üzrə qeydiyyat olduğumuzu bizə burada xidmət göstərməli olduqlarını bildirmiş və tibbi kitabçamızı üstümüzə atmışdır.

Hesab edirəm ki, həkim Aygün Səfərovanın əməllərində cinayət AR-nın CM-nin 142 və 143-cü maddələrinin (Xəstəyə kömək göstərmə) əlamətləri vardır.

Həkimin belə kobudluğu və özbaşnalığı məndə şok effekti yaratmış və ciddi stres keçirmişik.

Yuxarıda qeyd olunan halları nəzərə alaraq 33 saylı şəhər poliklikasının həkimi Aygün Səfərovanın əməllərində cinayət tərkibinin olub-olmaması və onun peşə fəaliyyətinin araşdırılaraq əməllərinə hüquqi qiymət verilməsi barədə müvafiq tapşırıqlar verməyinizi Sizlərdən xahiş edirəm.

İmza : Rəhimova Rahidə

Tarix: 02.03.2022












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.