Hərbi pensiyalara 20 faizlik əlavənin hesablanmasına kim qadağa qoyub? Fazil Talıbovun “sosial artım şərtləri”

11-03-2022, 00:08           
Hərbi pensiyalara 20 faizlik əlavənin hesablanmasına kim qadağa qoyub?
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021 tarixli fərmanı ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən olunub. Lakin bu əlavə “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən, qulluq stajına görə əlavə almaq hüququ olan pensiyaçılara hesablanmayıb. Heç demə, bir çox hərbi pensiyaçıların bu məsələ ilə bağlı narahatlığı əsassız deyilmiş , hökumət əlilliyə, yaşa, ailə başçısını itirməyə görə pensiya alan hərbçilərin, xüsusi rütbəli şəxslərin pensiyasını prezident fərmanına uyğun artırmaqdan imtina edir (?) Bu imtinanın başında hərbi qurumların maliyyə xidmətlərinin, yoxsa Maliyyə Nazirliyinin, ƏƏSMN -in dayandığını sonuncunun sözçüsü Fazil Talıbov iki ay qabaqkı əndrabadi açıqlaması ortaya qoyur. Görün, Fazil Talıbovun hərbçilərin, qazi və şəhid ailələrinin pensiyalarına əlavənin “əlləzinə”sini necə oxuyur”: “Dövlət başçısının 23 dekabr 2021 -ci il tarixli fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarına 20 faiz məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin GƏLƏCƏKDƏ pensiyası hesablanarkən nəzərə alınacaqdır. Lakin HƏRBİ QULLUQÇULARIN TƏMİNAT XƏRCLİYİ ARTDIĞI HALDA, onların pensiyalarında eyni ARTIM baş verir , təminat xərcliyinə ƏLAVƏ OLUNMASI isə QANUNVERİCİLİKLƏ onların pensiyalarında ARTIMI ŞƏRTLƏNDİRMİR”. Aydındır ki, Fazil Talıbova bu “əlləzinəni” oxudan” elə hökumətin özüdür. Nədən “ARTIM”ın “ƏLAVƏ” ilə sinonim olmasını Nazirlər Kabinetinin başbilənləri, Milli Məclisin sosial siyasət komitəsinin “sosialistləri” bilməsə də, dil komissiyasının, elm və təhsil komitəsinin başbilənləri bilməmiş olmaz. Bunu bilmək üçün heç “akademik”, “dilçi professor” olmağa da ehtiyac yoxdur , izahlı sözlüyə baxmaq yetər. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini oxumaq isə azdır, bu maddəni tətbiq etmək ƏƏSMN -in birbaşa görəvidir :” …QANUNUN 20-Cİ MADDƏSİNDƏ nəzərdə tutulmuş şəxslərin (QULLUQ STAJINA GÖRƏ ƏLAVƏ ALMAQ HÜQUQU OLAN ŞƏXSLƏRİN -M.B. ) TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA , BU ARTIMLAR NƏZƏRƏ ALINMAQLA, QULLUQ STAJINA GÖRƏ ƏMƏK PENSİYALARINA ƏLAVƏLƏR YENİDƏN HESABLANIR” . Elə bu maddənin özü açıq-aşkar ARTIMın ƏLAVƏ olduğunu göstərir, ARTIMLARın ƏLAVƏnin yenidən hesablanmasını “şərtləndirdiyinə” görə.

Görəsən, ƏƏSMN sözçüsü, hansı qanunvericiliklə əlavənin artımı şərtləndirmədiyini əsaslandırır? Necə deyərlər, bu meydan, bu da şeytan. Bu qanun, bu fərman, bu da Konstitusiya. Heç bir izah, şərh, şərt Konstitusiyadan, qanundan üstün ola bilməz.

Məğrur Bədəlsoy

P.S. Şəhid , qazi , hərbçi ailələri Günəşin “Günəş” olduğunu sübut etməlidirlər? Yoxsa, “əlavənin artımı “şərtləndirməsinə” “sosial -texniki şərt” almalıdırlar? Xüsusi Şərtlərlə Təyinat Mərkəzindən, yoxsa “Asan xidmət”dən?
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.