Nazirdən müəmmalı təyinat – Adı saxta əlilik qalmaqalında hallanan TSEK sədri baş həkim təyin edildi

15-03-2022, 00:09           
Nazirdən müəmmalı təyinat –
Beyləqan rayon Mərkəzi xəstəxanasına yeni baş həkim təyin edilib.

Teref.az AzToday.az-a istinadla xəbər verir ki, Mərkəzi xəstəxananın yeni baş həkimi vəzifəsinə, nevrapotoloq 37 saylı TSEK-in sədri Leylan Nəsirova təyinat alıb. Ancaq Leylan Nəsirovanın Beyləqan Mərkəzi xəstəxanasının baş həkimi təyin edilməsi rayon sakinləri tərəfindən birmənalı və xoş qarşılanmayıb.

Sosial şəbəkədə Leylan Nəsirovanın baş həkim təyinatı ilə bağlı rayon sakinlərinin şərhləri bəzi qaranlıq müəmmalara yol açıb. Belə ki, sosial şəbəklərdə yazılan iddialara görə Leylan Nəsirova 37 saylı TSEK-də sədr işlədiyi dövrdə bir çox qanunsuzluqlara yol verib.

Həmin məlumatlarda Leylan Nəsirovanın vaxtı ilə Beyləqan DSMF-nin müdiri işləmiş və korrupsiyaya görə vəzifəsindən qovulan qaynı Anar Vəzlizadə ilə iş birliyində olaraq çoxsaylı saxta əlilik verməsi iddia olunub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Beyləqan DSMF-də aparılan yoxlamaların nəticəsi olaraq, müdir Anar Vəlizadə ilə birlikdə Leylan Nəsirovanın da dövlətə dəymiş ziyanı ödədiyi qeyd olunur.

Yeni təyin olunmuş Səhiyyə naziri Teymur Musayevin isə adı saxta əlilik qalmaqallarında hallanan birisinin Beyləqana baş həkim təyin etməsi isə bir çox suallar doğurur…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.