"Azerlotereya"nın 10 manatlıq lotereyasında 5 manat uduş: Qanun pozuntusu, yoxsa?

15-03-2022, 08:42           
"Azerlotereya"nın 10 manatlıq lotereyasında 5 manat uduş:
"Azerlotereya" ASC-nin yeni satışa çıxardığı "40 000 000 Pul Yağışı" ani lotereya biletləri lotereya həvəskarlarında narazılıq yaradıb.

Bu barədə Qlobal.az-ın feysbuk səhifəsinə göndərilən məktubda deyilir.

Vətəndaşlar "40 000 000 Pul Yağışı" lotereyasında 5 manat uduşun qoyulmasından narazıdırlar.

Onlar biletin qiymətinin 10 manat olduğu halda, 5 manat uduş qoyulmasını qanunsuzluq kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı "Azerlotereya" ASC-dən münasibət öyrənə bilmədik.

Qeyd edək ki, qiymət 10 manat olan "40 000 000 Pul Yağışı" ani lotereya biletləri yeni satışa çıxarılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru