Müştərilər "kontakt Home"dən niyə qaçmalıdır... - "Çalışın siz də öz pulunuzu zibilə atmayın..."

15-03-2022, 08:52           
 Müştərilər "kontakt Home"dən niyə qaçmalıdır... - "Çalışın siz də öz pulunuzu zibilə atmayın..."
"Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı elə gün olmur ki, hansısa müştərisi etirazını ifadə etməsin. Maləsəf, buna rəğmən sözügedən şəbəkənin sahibləri edilən vətəndaş şikayətlərini qulaqardına vurmaqla yetinirlər. Bu isə problemlərin aradan qalxmasına yox, günü-gündən artmasına səbəb olmaqdadır. DİA.AZ olaraq aşağıda təqdim etdiyimiz şikayətdə isə "Kontakt Home" müştərisi digər vətəndaşlara da xəbərdarlıq edərək, onları diqqətli olmağa çağırır...


Ülvi Abdullayev adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edir:

"Çalışın "Kontakt Home"dan velosiped almayın... Əyləcləri işləmir Məhsulu da qaytarmamaq üçün hərəsi bir tərəfə yönləndirir...

Gah baş ofisə gah məhsulun satıldığı yerə gah da texniki servisə... Qısaca desək, orda işləyən operatorların çoxu da savadsızdır. Məhsul sağlam olduğu və geri qaytarma müddəti hələ bitməmiş olduğu halda da adamın üzünə dururlar ki işlədilmiş məhsulu geri ala bilmərik...

Hamı oradan əziyyət çəkir. Çalışın siz də öz pulunuzu zibilə atmayın..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də inləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.