"Hörmət(siz)li Azercell, günün-günorta çağı bu nə oğurluq, quldurluqdur belə?"- Azercell istifadəçisindən müraciət...
23-03-2022, 00:02
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Elyar İslamoğlu öz feysbook səhifəsində Azercell-ə müraciət edərək yazır: Hörmət(siz)li Azercell, Oktyabr ayından hər 15 gündən bir internetdən istifadə edilmədiyi halda balansdan mb üçün məbləğ silinib. Bugün balansa məbləğ yüklənir və balansdan yenə də mb üçün məbləğ silinir. 2525-ə STOP yazılıb göndərilir, internet paketi dayandırılır. Amma siz Azərcell olaraq balansdakı, az əvvəl silinən məbləğə görə verilən mb-da geri alırsınız. Günün-günorta çağı bu nə oğurluq, quldurluqdur belə? Həm balansdan məbləğ silib mb verirsiniz, internet paketi ləğv edilib deyə balansdakı mb-da silirsiniz? Bəs balansdan silinən məbləğ hara getdi? Abonent balansından həm məbləğ itirir, həm də mb. Bir müddət əvvəl balansdan etdiyiniz oğurluğa görə ictimai fəallardan biri sizə "p......." göndərmişdi. Zaman keçib, amma həminki yerdə qalmısınız. Əvvəlki kimi balans oğrusu... oğurluğu tutulanda da texniki qüsur deyib sudan quru çıxan Azercell. Nədənsə bütün texniki qüsurlar da abonentin balansını silir, bir dəfə də olsa texniki qüsurlarda abonentin balansı yüklənmir. Teref.az olaraq qarşı mtərəfin mövqeyini dərc etməyə hazırıq! Tertef.az