Rafiq Cəlilovun əmlak fırıldaqçılığı vərdişi Novruz personajlarını da saxtalaşdırdı - İcra başçısının saxta -şaxta babası və yaz -Novruz dədəsi

24-03-2022, 08:03           
Rafiq Cəlilovun əmlak fırıldaqçılığı vərdişi  Novruz personajlarını da saxtalaşdırdı -
Rafiq Cəlilovun Cəlil(ov)abad icra hakimiyyəti başçısı təyin edilməsindən keçən altı ayda qazilərə, aztəminatlı ailələrə qənim kəsilməsi mətbuatın gündəmindən düşmür. Bu məmurun əmlak alverində, qeyri – yaşayış otaqlarının saxta sənədlərlə qondarma şəxslərin adına rəsmiləşdirməkdə göstərdiyi “əmlak ələkeçirmə xidməti” keçmiş sədri, hazırda prezidentə köməkçilik edən Kərəm Həsənovun “nəzarət ilə” sədrinin rayonuna başçı təyin olunmasına gətirdi. Saxtalığı, alveri Konstitusiyadan üstün tutan başçının əməlləri Novruz şənliyində bir daha üzə çıxdı. Novruz tonqalının başında yallı gedənlərin içindəki Şaxta Babanın gerçəkdə “saxta baba” olduğu bəlli oldu. Saxta babanı Dədə Qorqud adı ilə “qeydiyyata salan” Rafiq Cəlilov unudur ki, Dədə, Novruz personajı deyil və ola da bilməz! Amma kimdir bu olabilməzliyə baxan! Elə heç bir saxta-doğru şəhadətnamə, qeydiyyat çıxarışı, “kupça” da məhkəmə qərarından, Konstitusiyadan üstün ola bilməz! İcra hakimiyyəti başçısının, əmlak şahlarının əlində Konstitusiya da, insanların minillik inancları da oyuncaqdan özgə bir şey deyil! Axı ölkədə qanun, Konstitusiya şah deyil, şahın özü Konstitusiyadır, qanundur! Təsəvvür edin, Rafiq Cəlilov məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə 26.05.2009 və 21.06.2011 tarixli 2 qətnamə ilə verdiyi Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanındakı otaqları məhkəmə qərarından 2 il sonra saxta şəhadətnamə ilə 14 yaşlı uşağa – Hüseynov Aydın Bəxtiyar oğluna “su qiymətinə” satıb ! İndi onun üçün Şaxta Babanı Dədə Qorquda saxtalaşdırmaq su içmək kimi bir şeydir.
Tam əminliklə deyə bilərik ki, ölkədə bütün dövlət əmlakı qondarma adlarla məmurlara satılıb. Nizami rayonunda 50 ilə yaxın KİTABXANA kimi sakinlərə xidmət edən Bəhruz Nuriyev -14 ünvanındakı 500 kvadratmetrlik MƏDƏNİYYƏT OBYEKTİ 4-5 ildir “EVİNİZ” məmur “QUTAB EVİ” kimi adi ƏDV çeki belə vermədən fəaliyyət göstərir. Bu “mədəni alver”də mədəniyyət, kitab evi alverçilərinin də özəl payı var. Obyektin qondarma yiyəsinin Nərimanov sakini olmasını ƏMDK açıqlasa da, gerçək yiyəsinin hansı məmur olmasını “EVİNİZ” marketinin yanını dayanacağa çevirən 10-PB-567 dövlət nömrə nişanlı “dövlət avtomobili” nişan verir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aid olan avtomobilin yiyəsi nazirliyin mühasibi Fəxri Balakişiyevdir. Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının dövlət məmurlarının ələ keçirməsini necə izah edə bilər? Şaxta Babanı Dədə Qorqud etməklə saxtalığın izahına aldanmaq olar, bu boyda əmlakı Mədəniyyət Nazirliyinin, ƏMDX-nın, Nizami icra hakimiyyətinin satmasına , baş prokurorluğun, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin, şəhər, rayon prokurorluqlarının, polisin, məhkəmə- ədliyyə orqanlarının , Ombudsmanın , PA-nın, NK-nın, deputatların da bu “mədəniyyət alveri”ndə payları olmamasına necə aldanaq?
…Saxta babalarla, geydirmə dədələrlə gözə girmək - gerçək dədə-baba yolu deyil. ..
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.