Deputat Elnur Allahverdiyevə Rusiyaya dəstək ittihamı - Bu FOTO müzakirələrə səbəb oldu - YENİLƏNİB

24-03-2022, 12:32           
Deputat Elnur Allahverdiyevə Rusiyaya dəstək ittihamı -
“Kontakt Home” mağazalar şəbəkəsiylə bağlı yayılan foto cəmiyyətdə ciddi müzakirə olunur.
Bakupost.az xəbər verir ki, mağazaların əsas vitrinində “Samsung Galaxy Z” modelinin reklamı kimi böyük “Z” işarəsi vurulub.
Sosial şəbəkələrdə bu işarənin vurulmasının təsadüf olmadığı ilə bağlı müzakirələr gedir. Hətta siyasilərin, diplomatların olduğu qruplarda bu barədə fikir mübadiləsi aparılır.

Məlum olduğu kimi, Rusiyanın Ukrayna üzərinə hücuma keçən tank və digər zirehli maşınların üzərinə latınca "Z" hərfi yazılıb. Ukrayna sosial şəbəkələrində iddia edilirdi ki, üzərində “Z” hərfi olan texnikalar birbaşa Zelenskini hədəfə alıblar.
Rusiya hərbi saytlarına açıqlama verən ekspert, ehtiyatda olan polkovnik Viktor Baraneç isə bildirib ki, “Z” hərfinin mənası “Zapad”, yəni Qərb deməkdir. Bu hərbi birləşmələr Belarusda hərbi təlim keçirilərkən şərti olaraq "Qərb cəbhəsi" adlandırılıb.
İndi “Z” işarəsi Rusiyanı bu müharibədə az qala simvolizə edir. Hətta Rusiyada müharibə əleyhinə çıxan insanların yaşadığı evlərin qapıları üzərinə bu işarə vurularaq, onların xain olduğunun yazıldığı barədə məlumatlar da var.
Belə bir məqamda “Kontakt Home” mağazalarında “Z”nin peyda olması diqqətdən qaça bilməzdi. İnsanlar inanmaq istəmirlər ki, bu “Z” təkcə "Samsung" telefonlarının “Z” modelinin reklamıdır. Çünki bu heç də son model deyil. Mağazalar adətən son modelləri reklam edirlər.

Düzdür, bəziləri hesab edir ki, bu, sadəcə “Kontakt Home”un PR siyasətidir.
Amma “Z”nin Rusiyaya dəstək mesajı olduğuna inananlar daha çoxdur. Onlar hesab edir ki, mağaza sahibi rusiyameyilli şəxsdir.
Qeyd edək ki, bu mağazalar şəbəkəsinin sahibinin millət vəkili Elnur Allahverdiyev olduğu bildirilir.
Yayılan ittihamlarla bağlı “Kontakt Home”dan heç bir açıqlama verilməyib.
***
21:24
Qeyd olunan ittihamlarla bağlı şirkət açıqlama yayıb.
Rəsmi açıqlamada qeyd edilir:​
Bir ildən artıqdır ki (hələ heç Ukrayna-Rusiya müharibəsi başlamazdan çox əvvəl) “Samsung” şirkəti “Z series” xəttinin smart cihazlarını "Kontakt" və eyni zamanda, respublikamızı əhatələyən digər böyük şəbəkəkərdə reklam edir. Sözügedən stend də “Samsung” tərəfindən hazırlanır və ölkəmizlə bərabər, bütün dünyada, brendin rəsmi təmsil olunduğu mağaza və sərgilərdə nümayiş etdirilir.
Aşağıda həm ölkəmizdən, həm də digər ölkələrdən olan “Z series” stendlərinin fotoları yer alıb. Göründüyü kimi, stendin nə müharibə ilə, nə də birbaşa “Kontakt” brendi ilə hər hansı bağlılığı yoxdur.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.