PA-nın çağrı mərkəzi və saytı müraciətlərə blok qoyub

29-03-2022, 00:01           
PA-nın çağrı mərkəzi və saytı müraciətlərə blok qoyub
Prezidentin “president.az” saytının vətəndaş müraciətlərinə “texniki” qadağa qoyması hələ də sürür. Saytda müraciət formasını dolduqduqdan sonra ad-soyad, ata adı bölməsində qırmızı hərflərlə “məlumat yalnız hərflərdən ibarət olmalıdır ” vurğulanaraq məktubun göndərilməsinə və təbii ki, qəbuluna qadağa qoyulub. Bəyəm ad-soyad rəqəmlərlə ifadə olunur? Üç aydan çoxdur Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİİN) , PA-nın özünə elektron poçt vasitəsilə “texniki” qadağanın aradan qaldırılması üçün müraciət edilsə də, hələ də heç bir tədbir görülmür.
Bu gün PA-nın 1111 çağrı mərkəzinin fəaliyyətə başlaması, Nərimanov rayonunda ayrıca qəbul mərkəzinin yaradılması haqqında xəbərdən sevincək olub, 1111-i bir neçə dəfə yığsaq da, götürən olmadı. Onlayn qəbula yazılma çabamız da “texniki” qadağa nədəni ilə faydasız oldu. Maraqlıdır, ali dövlət hakimiyyəti orqanı müraciətlərə “texniki” qadağa qoyub, vətəndaşı dolayırsa, digər qurumlardan nəsə gözləmək olarmı? Görəsən, bu “texniki dolandırıcılığı” kim fikirləşib? Müraciətlərlə iş şöbəsinin müdiri , yoxsa RİİN?
Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.