Əbülfəz Qarayevlə Hüseynbala Mirələmovun Panamada qeydiyyatdan keçən şərikli şirkəti fəaliyyətini dayandırıb

5-04-2022, 11:19           
Əbülfəz Qarayevlə Hüseynbala Mirələmovun Panamada qeydiyyatdan keçən şərikli şirkəti fəaliyyətini dayandırıb
Teref.az yazır ki,müstəqil araşdırmaşı jurnalist Cavanşir Həsənli yeni araşdırma ilə çıxış edib. Araşdırmaçı jurnalist bu barədə yazır:
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb. Panama mənbələrinə görə RİMBA S.A.-nın statusu "vigente"dən (aktiv) 'suspendido"ya keçib, yəni ləğv edilib.
Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bundan bir ay sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.
Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi.
Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.