*5000 Taksi şirkətində "GÖSTƏBƏKLƏR" kimdir?

6-04-2022, 17:13           
*5000 Taksi şirkətində "GÖSTƏBƏKLƏR" kimdir?
Taksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür - qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.

Amma belə güclü rəqabət şəraitində bazar payını qorumaq üçün yüksək keyfiyyətli xidmət göstərmək, müştəri məmnuniyyətini təmin etmək heç də həmişə mümkün olmur. Xüsusilə bazarda rəqabətin gündən-günə artması taksi xidmətləri göstərən şirkətlərin daha çevik və diqqətli xidmət göstərməsini tələb edir.
İndiyə qədər dəfələrlə xidmətindən istifadə etdiyim və açığı razı qaldığım Ulduz taksi *5000 taksi xidmətinin son zamanlar fəaliyyətində ciddi nöqsanlar hökm sürür. Belə ki, şirkətin operatorları ya səriştəsizlikdən, ya da hansısa digər səbəblərdən sifarişçilər və taksi sürücüləri arasında problemlər yaradırlar. Şəxsən özüm dəfələrlə eyni problemi yaşadığım üçün baş verənlərin məqsədli şəkildə həyata keçirildiyi qənaətindəyəm. Bir daha qeyd edirəm ki, Ulduz taksi *5000 xidmətlərindən istifadə etmişəm və həmişə razı qalmışam. Amma son zamanlar operatorların səriştəsizliyi səbəbindən xidmətlərdə ciddi nöqsanlar yaranıb. Sifarişin düzgün yönləndirilməməsi səbəbindən xeyli vaxt itkisi ilə üzləşirəm. Həmçinin taksilərin daha uzaq məsafədən yönləndirilməsi həm sürücülər, həm də sifarişçilərin vaxt itkisinə səbəb olur. Baş verənləri operatorların səriştəsizliyi kimi də qiymətləndirmək olardı. Amma eyni hal dəfələrlə baş verirsə bunun artıq səriştəsizliyindən qaynaqlanmadığı qənaətinə gəlirsən. Sanki operatorlar məqsədli şəkildə şirkətin imicinin zədələnməsinə xidmət edirsən. Badamdar 3-cü massivdən verilən sifarişə Nizami metrosunun qarşısından taksi yönləndirilirsə buna başqa nə ad vermək olar. Elə mənzərə yaranır ki, şirkətin operatorları Ulduz taksi *5000 xidmətinin digər şirkətlər qarşısında nüfuzunun zədələnməsinə xidmət edirlər.
Yazını yazmaqda məqsədim həmişə xidmətlərindən razı qaldığım Ulduz taksi *5000 şirkətində yaranmış vəziyyəti rəhbərliyinin diqqətinə çatdırmaqdır. Bu həm onların, həm də müştərilərinin mənafelərinə uyğundur!

Nicat Mahmudov
Rubrika.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.