Ağcəbədidə İlqar adlı “QOÇU” kimdir? – Ağcəbədidə İlqar adlı “QOÇU” kimdir? – Vətəndaşdan Prezidentə MÜRACİƏT
7-04-2022, 00:09
Bir neçə gün öncə Ağcəbədi rayonunda məskunlaşmış, müvəqqəti olaraq rayonun Taxta körpü , 552 saylı qəsəbə, ev 440 – da yaşayan Baxışov İntiqam Baxış oğlu Reallıq.TV – yə müraciət edərək rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluq və özbaşınalıqdan bəhs etmişdir. Vətəndaş redaksiyamız vasitəsilə ölkə başçısından yazdığı faktlara hüquqi qiymət verilməsinə tapşırıq verilməsini xahiş etmişdir. Reallıq.TV həmin müraciəti olduğu kimi diqqətinizə çatdırır:
“Hörmətli redaksiya: Ağcabədi rayon mərkəzi xəstəxanasının korrupsioner ultrasəs müayinə həkimi İlqar adlı şəxsin qeyri etik davranışları və qanuna zidd hərəkətləri barədə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanladığım şikayət ərizəmin, sizin sayt və kanal vasitəsi ilə yayımlanmasını və bu məsələnin Dövlət başçısına çatdırılmasında mənə köməkdarlıq etməyinizi xahiş edirəm
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına
Laçın rayonundan məcburi köçkün, hal-hazırda Ağcabədi rayon Taxtakörpü, 552 saylı qəsəbə, ev 440-da müvəqqəti məskunlaşmış Baxışov İntiqam Baxış oğlu tərəfindən
Müraciət
Bildirirəm ki, məskunlaşdığımız Taxtakörpü ərazisində Xəstəxana və poliklinika var. Lakin bizdə nə ultrasəs müayinə, nədə rentgen aparatları olmadığı üçün müayinəyə ehtiyac olduqda Ağcabədi rayon Mərkəzi Xəstəxanasına üz tuturuq.
Cənab Prezident!
13.03.2022- ci il tarixdə kiçik qardaşım avtomobil qəzasında müəyyən xəsarətlər almışdır. Xəstənin ağrıları çox olduğu üçün, həkimlər onun daxili orqanlarının zədələnməsindən şübhələnərək dərhal ultrasəs müayinəsindən keçməsini məsləhət bildilər. Dərhal xəstəni ultrasəs müayinə həkimi İlqar həkimin qəbuluna gəldik və xəstənin dərhal yoxlanmasını xahiş etdik. İlqar həkim məndən soruşdu ki sizin xəstənin tibbi sığortası var? Dedim bəli var. İlqar həkim çox əsəbi halda öz mobil telefonu ilə kiməsə zəng edərək – A kişi mən sənə dedim ki gündə bir iki nəfər sgortalı xəstə göndər, səndə arxasına bir sıfır əlavə edib bu camaatı hara üstümə göndərirsən – dedi.
Xüsusilə qeyd etmək istəyirəm ki İlqar telefonla danışmdığı müddət ərzində xəstə ağrıdan var gücü ilə qışqırırdı. Nəhayət ilqar bizə bildirdi ki, siz öz növbənizi gözləyin, 33 cü adamsız. Həmin gün saat 17:00- a dək gözləsəkdə İlqar həkim bizim xəstəni yoxlamadan çıxıb getdi. Orada olan bir tibb bacısı bizə bildirdi ki gərək tibbi sığorta söhbətini etmezdiniz, buna görə sizin xəstəni yoxlamadılar.
Cənab Prezident!
14.03. 2022-ci il tarixdə (bir gün sonra) mən yenə əlacsız qalıb avtomobil qəzasında xəsarət alan qardaşımın (2- çi qrup hərbi əlil) daxili orqanlarını yoxlamaq üçün İlqar həkimin yanına getdim.
İlqar həkim bizi görən kimi əsəbi halda, qışqıra qışqıra dedi: Siz məndən niyə əl çəkmirsiniz? Bildirdim ki xəstənin tibbi sığortası var, o 2-ci qrup hərbi əlildir, və həmdə avtomobil qəzası keçirdiyi üçün yoxlanılmalıdır.
İlqar həkim tibbi sığorta və hərbi əlil sözünü eşidən kimi başladı məni və qardaşımı nalayiq söyüşlərlə söyub təhqir etməyə. Hətta iş o yerə çatdı ki, İlqar həkim xəstə qardaşımı itələyib xəstəxanadan çıxartdı. Mən məcburiyyət qarşısında qalıb özəl klinikaya üz tutdum.
Cənab Prezident!
Ölkədə vətəndaşların müayinəsi tibbi sığortaya keçməsinə baxmayaraq Ağcabədi rayon Mərkəzi xəstəxanasında ultrasəs müayinəsi həkimi İlqar adlı şəxs, öz qaynatası Rövşən müəllimə arxalanaraq (Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini) sığorta ilə müayinəyə gedən xəstələri qəbul etmir və hətta haqqını tələb edən vətəndaşları söyub təhqir etməkdən belə çəkinmir.
Odur ki yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaşlara qarşı soyğunçuluq edən, gözünü çirkli pullar örtmüş İlqar həkim barəsində lazımi tədbir görülməsi barədə aidiyyəti dövlət orqanlarına tapşırıq verməyinizi Sizdən xahiş edirəm”.
Mövzuya qayıdacağıq.