GDU-nin rektoru Yusifovun "rüşvət"teroru Pedaqoji Universitetə qədər uzanır...

1-03-2022, 08:24           
GDU-nin rektoru Yusifovun "rüşvət"teroru Pedaqoji Universitetə qədər uzanır...
Gəncənin rüşvət və saxtakarlıq səbətinə çevrilmiş Gəncə Dövlət Universiteti təhsil nazirliyi deyil öz qanunları ilə işləyir.

Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov kimə arxalandığı heç kəsə bəlli deyil.Salam verdim, rüşvət deyildir deyə almadılar !” Əgər Gəncə Dövlət Universitetinin fəaliyyətini, bu günkü durumunu bir cümlə ilə ifadə etmək mümkün olsaydı yəqin ki, böyük Füzulinin bu kəlamlarından yaxşısını tapmaq mümkün olmazdı. Sadəcə bu universitet haqqında qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycan elminə, təhsilinə necə ağır zərbələr vurulduğunun, rüşvətin, korrupsiyanın ayaq açıb yeridiyinin şahidi olasan.Azərbaycanda elə bir səlahiyyətli qurum qalmayıb ki, oraya Yusif Yusifovun uzun illər ərzindəki təhsil terroru haqqında müraciət olunmasın. Buna baxmayaraq indiyə qədər nəinki tədbir görülməyib, heç bu şikayət və müraciətlərdə sadalanan çoxsaylı faktları araşdırmaq üçün aidiyyatı qurumlardan bir cəhd belə olmayıb. Görünür məsələni beynəlxalq müstəviyə qaldırmaq lazımdır ki, bəlkə rektorun havadarlarının əli ora çatmaya.

İş o yerə çatıb ki, bu məlumatları ora-bura şikayət edən adamları universitetdə rektorun adamları məhşər ayağına çəkirlər, onlar işdən çıxarılmaqla hədələnir, hər addımda izlənilir. Ona görə də çox vaxt əməkdaşlar ora-bura anonim şəkildə müraciət edirlər ki, bəlkə əlaqədar təşkilatlar oxuyub bir tədbir görə…

Onuda qeyd edək ki,son 10 ildə təhsil sistemində 4 nazir dəyişməsinə baxmayaraq, GDU-dan eyni məzmunlu şikayət məktubları bitib tükənmək bilmir və heç bir nazir bu şikayətlərlə bu günə qədər azacıq da olsun maraqlanmayıb…

Azərbaycanda Gəncə Dövlət Universitetri qədər mətbuatda adı hallanan ikinci universitet yoxdur. Az qala hər gün universitetin müəllim və professor heyəti adından redaksiyalara ünvanlalan şikayət məktublarında elə şeylərdən bəhs olunur ki, adam doğrudan bütün bu şikayətlərin bir universitet divarları arasından çıxdığına belə inana bilmir və bu proses uzun illərdir ki, davam edir.

İstər Misir Mərdanovun, istər Mikayıl Cabbarovun, istərsə də Ceyhun Bayramov və Emin Əmrullayevin zamanında GDU-nun professor və müəllim heyəti, eyni zamanda tələbələri adından yüzlərlə şikayət redaksiyalara və Təhsil Nazirliyinə ünvanlanıb. Bu şikayətlərin böyük hissəsi də mətbuatda dərc olunub. Lakin nə sirrdisə, ağır cinayətlərdən belə bəhs edilən bu şikayətləri bu on illiklər ərzində Təhsil Nazirliyi nə görür, nə də duyur.

Bu illər ərzində heç bir dəfə də olsun eşitmədki ki, Təhsil Nazirliyi irəli sürülən iddialardan birini araşdırsın və universitetin professor və müəllimlərinə irəli sürdükləri ittihamlarla bağlı bir cavab ünvanlasın. Necə deyərlər, “daşın qayaya rast gəlməsi” məhz Təhsil Naziri ilə Gəncə Dövlət Universiteti professor və müəllim kollektivi arasında özünü isbat etmiş olub. 2011-ci ildən Gəncə Dövlət Universitetinə rəhbərlik edən Yusif Yusifov isə ölkənin təhsil sistemində bir nömrəli toxunulmaz şəxsə çevrilib.

Hələ bu azmış kimi Yusifov rüşvət teroru Azərbaycan Dövlət Pedaqoji universitetinə qədər uzanır.Burada lap çaş baş qaldıq.Az qala ADPU GDU-nin filalına çevrilib.BakuPress Milli İnformasiya Agentliyinə daxil olan mənbəyə əsasən,rüşvət kralı Yusif Yusifovun bacısı unversiteti zorla bitirib,kənd təsərrüfatı elmlər namizədliyini "Gülümsərov"kimi əldə edən

Yusifova Anaxanım Əmralı qızı birdən birə kafedra müdiri ,dosent olur.Azərbaycan Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri Yusifova Anaxanim xanım fəaliyyətində heçdə qardaşından geri qalmır.Görəsən Pedaqoji Unversitetin rektoru ilə Yusif müəllimi nə qədər pul bir birinə bağlayıb ki,Aqranomu ,biologiya üzrə mütəxəssis edib.Vallah lap xəcalət çəkdim .Azərbaycanın təhsilinə ürəyim ağrıdı bizim gələcəyə.Yadıma "Ulduz"filmindəki Gülmsərov düşdü.Almxanım Yusifova ilə Gülümsərovda bir fərq görmədim

Niyə bunlara göz yumurlar bilmirəm.

Bundan başqa Daha bir pul yuma maşını universitetdə dillər əzbəri olan innovasiyalar departamentidir. Bu departament məşhur Asif-Vasif qardaşları tərəfindən idarə olunur və rektorun qürur mənbəyidir. Yüksək maaş (elmlər doktoru, professordan artıq), xaricə ezamiyyətlər, təriflər, təltiflər, mükafatlar, onların ailə üzvlərinin işə qəbul edilməsi və s.. Bir sözlə az qalır rektor desin ki, “ay məni istəyən bu qardaşlara bir xələt”. Bu qardaşlar da öz növbəsində orta məktəbin orta sinif şagirdlərinin də bildiyi sadə kompüter texnologiyalarını rektora az qala özlərinin bir elmi yeniliyi kimi təqdim edərək onu heyrətləndirirlər. Rektorun da bu sahədə bilikləri məhdud olduğu üçün elə bilir ki, bu adamlar dahidir və GDU-da analoqu olmayan informasiya texnologiyaları yaradıblar. Hətta ehtiyat edir ki, kimsə onlar haqqında eşidər və onları başqa təşkilata aparar, GDU qalar yaman günə. Bu yerdə “Yeddi oğul istərəm” filmindəki məşhur “Hamam hamam içində”… misalı yada düşür.

Amma bu hələ bəlanın yarısıdır. Əsas bəla ondan ibarətdir ki, universitetin az qala bütün işləri, xüsusilə fəaliyyətinin ana xətti hesab olunan tədris prosesi də məhz bu adamlar tərəfindən idarə edilir. Görəsən, bu innovasiyalar deportamenti tədrisdə hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını rəhbərliyin arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir.

Elmar Vəliyev Gəncənin İcra Hakimiyyətinin başçısı olduğu dövrdə dəfələrlə ictimaiyyət qarşısında Yusif Yusibovu təhqir etmiş, küçə sözləri ilə aşağılamışdı. O zaman bir çox insanlar rektorun halına acımışdı. Amma indi əsarətdən qurtulmuş rektor özü sabiq icra başçısının işini uğurla davam etdirir. O, tabeliyində olan əməkdaşları təhqir edir, universitet tədbirlərinə dəvət olunanları onun gəlişini saatlarla gözləməyə məcbur edir, etik normalara məhəl qoymadan davranışlar sərgiləyir.

Universitedə dərs deyən müəllimlər tədris üçün müxtəlif dərs vəsaitləri yazırlar. Lakin bu kitabların heç biri universitetin nəşriyyat şöbəsi tərəfindən nəşr olunmur.

Tələbələr haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onların qiymət alması lap milyon dənə kamera quraşdırılsa da qətiyyən mümkün deyil. Dekanlar isə öz növbələrində tələbələrdən yığılmış pulları rektora ötürürlər. Deyilənə görə GDU-nun rüşvət mexanizmində dəmir "nizam- intizam" var. Bu universitetdə tələbələrdən yığılan rüşvətə heç bir müəllim qətiyyən kəm baxa bilməz. Yusif Yusibovun rektor təyinatından sonra yüksək peşəkarlıqla formalaşdırdığı rüşvət "nizam- intizam"ına hətta dünyanın ən ünlü mafiyaları da həsəd apara bilərlər. Əgər rektorun "kassasına" daşınan "konteyner"lərə hansısa müəllim "haramlqıq" qatarsa o zaman həmin müəllim ciddi cəzalandırılmaqla yanaşı gələcəkdə də bu "perspektivli" işlərdən kənarlaşdırılır. Deyilənə görə Yusif Yusibovun rektorluğunun ilk vaxtlarında bəzi "naşı" müəllimlər tərəfindən "səhvə" yol verilib. Və indi həmin müəllimlər universitetin mükafatlarına həsrət qalmaqla yanaşı quruca maaşla dolanırlar. Bütün bu məlumatlar heç də o anlama gəlməsin ki, Yusif Yusibovun "kassasına” "qarışqa zəhmətkeşliyi” ilə daşınan "konteyner”lərdə sözün hər iki mənasında tər tökən müəllimlərə pay çatmır. Əlbəttə ki, bu insanlar sonradan daşıdıqları "yükün ağırlığı”na rəğmən mükafatlandırılırlar. Və bu cür bölgü mexanizmindən hər iki tərəf- rektor da "əməyi” olan müəllimlərdən razı qalırlar.

Mövzuya yenidən qayıdacağıq .Arşdırmamız davam edir. /Bakupress.az/
Teref.az olaraq məqalədə adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.