"Misli.az" Qarabağda silah atan erməni "Poker kralı"nın adından belə istifadə edib - VİDEO

2-05-2022, 22:58           
"Misli.az" Qarabağda silah atan erməni "Poker kralı"nın adından belə istifadə edib - VİDEO
“Azərlotereya" ASC-nin yeni oyunları "Misli.az"ın bir müddət öncə sosial şəbəkədə paylaşdığı videorolik diqqət çəkib.

Teref.az 32gun.az-a istinadən görüntü ilə bağlı məlumatı oxuculara çatdırır.
Belə ki, bir müddət öncə "Misli.az" bəh-bəhlə mərc oyununda külli miqdarda pul qazandığı deyilən şəxsin təhlükəsizlik kamerasına düşən görüntülərini paylaşılıb. Misli.az sosial şəbəkədə paylaaşdığı həmin görüntüyə fon musiqi olaraq türkiyəli Doğu Swag adlı repçinin "Maşallah" mahnısının nəqarət hissəsi əlavə edib. Maraqlıdır ki, həmin nəqarətdə ABŞ-da yaşayan, milyonçu, "poker kralı” Dan Bilzerianın adı çəkilib.
Mahnının nəqarət hissəsində deyilir:
“Dracula gibi değişim mümkün gündüz Azer gece Dan Blizerian

Tü tü maşallah (maşallah)”
Xatırladaq ki, D. Blizerian Ermənistana silah yardımı etməsi ilə gündəm olmuşdu.

Həmçinin o 2018-ci ildə Yerevana gedən Dan Bilzerian Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun arvadı ilə birlikdə Azərbaycanın o dönəmdə işğal altında olan torpaqlarına gəlmiş, orada müxtəlif silahlardan istifadə edərək hədəflərə atəş açmışdı
ABŞ-da qumarbaz və pleyboy ulduzu kimi tanınan Bilzeryan, "instaqram"da çılpaq qızlarla olan fotolar və videoları ilə də məşhurdur. Onun 23,8 milyon izləyicisi var. Sərvətinin isə 235 milyon olduğu bildirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.