AEROPORT GÖMRÜYÜNDƏ RÜŞVƏTXORLUQLA MƏŞĞUL OLAN DƏSTƏ YAXALANIB VƏ ÖLKƏ PREZİDENTİNDƏN GİZLƏDİLİR…- İDDİA

13-05-2022, 07:58           
AEROPORT GÖMRÜYÜNDƏ RÜŞVƏTXORLUQLA MƏŞĞUL OLAN DƏSTƏ YAXALANIB VƏ ÖLKƏ PREZİDENTİNDƏN GİZLƏDİLİR…-
Teref.az mediatv.az a əsasən bildirilir ki, Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə saxlanılıblar. Bu barədə mətbuatda da xəbər gedib, amma işi gizlətmək üçün generallar işə qarşıblar, hətta yazını saytlardan sildiriblər də. DGK (Nehrəmlilərdən ibarət olan komitə) sədri Səfər Mehdiyev mətbuata deyir ki, “Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm”.

Aldığımız məlumata görə, İsmayıl adlı şəxs Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohumlarıdır. Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsi rəisi müavininin oğludur. Ölkə DGK-nı əllərinə keçirib düşmən kimi talayırlar, talançılığın üstü açılanda cəzalandırmaq lazım gələndə isə, işin altındab çıxıb, soyğunçuluğu davam etdirirlər.

Görəsən, DGK-də sahibkarları talayan Nehrəmli qohum-əqraba generalları kim dayandıracaq?!.. Paralel.az

QEYD: Bu barədə blogger Həbib Müntəzir də öz fb səhifəsində bunları yazıb:

Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə əlaqədar saxlanılıblar. Mətbuatda da bu barədə xəbər gedib, amma işin üstünü bağlamaq üçün, generallar işə əl atıblar və saytlardan sildiriblər. Sonra da Səfər Mehdiyev mətbuata çıxıb deyir ki, “Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm”. Ver görək. Bu arada İsmayıl Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohum və yaxınlarıdır. Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsi rəis müavini, polkovniik Bəxtiyar Məmmədyarovun oğludur. Ölkəni ailə şirkəti kimi talayırlar, cəzalandırmağa gələndə isə, işdən sıyrılıb, davam edirlər.

Teref.az yazır ki, məqalədə qeyd edilən iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.