Qubadakı "parket mafiyası" Regional Meşə İdarəsinə yeni təyin edilmiş rəisə savaş açıb - Almır və heç kimidə almağa qoymur.....

14-05-2022, 17:19           
Qubadakı "parket mafiyası" Regional Meşə İdarəsinə yeni təyin edilmiş rəisə savaş açıb -
Qubada Regional Meşə İdarəsinə gənc bir oğlanı təyin ediblər.
Soyadını bilmirəm, adı Elvin olmalıdır.
Gələn kimi bütün parket sexlərinə, ağac oğrularına sərt qadağalar qoyub, meşələrdən ağac oğurluğunun qarşısını almaq üçün xüsusi lağımlar, xəndəklər düzəltdirib. Demək olar ki, bütün maşın yollarını bağlayıb.
Dəqiq məlumata görə, böyük pullar təklif olunsa da, heç bir meşədə qanunsuz ağac kəsimlərinə imkan verməyib.
Artıq adama qarşı hücumlar da başlayıb.
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist və sosial şəbəkə fəali Cəmil Məmmədli deyir. Daha sonra Cəmil Məmmədli deyir:
Cürbəcür maraqlı adamlar piyada yollarla gedir, nə olsa "qoşundan qırılan qənimətdir" məntiqi ilə ağaclar kəsir, sonra da şəkillərini çəkib reket jurnalistlərə, sosial şəbəkələrə ötürməkdən tutmuş, hər əmələ əl atırlar ki, təki sınaq müddəti bitəndən sonra bu adam təsdiq olunmasın.
Hökümətin əyrilərini anladıq, bilirik və yazırıq. Bəs bu işə qol qoyan sıravi insanları necə başa düşək?
Utanmırlar görəsən?
Bu ölkədə bircə dənə də olsa yaxşı məmur olmamalıdı?
O müdiri şəxsən belə yaxından tanımıram, ancaq araşdırdığım qədər namuslu, vicdanlı adamdır, imkan verin də işləsin.
Mütləq gərək yırtıcı olsun?
Şimaldakı "parket mafiyası" dövlətdən də güclü olacaq ki, nəyisə ürəyi istəyəndə dəyişsin, idarə etsin?
Aldığım məlumata görə, işlərin arxasında da köhnə Şahlar (adını səhv deyə bilərəm, ancaq indikindən qabaqkı müdir olduğu dəqiqdir) dayanır.
Görəsən yaşıllıqları məhv edib, balalarına güzəran qurduqlarını zənn edənlər, əslində elə qazanca görə balalarının boğazını kəsdiklərini dərk edirlər?
Teref.az nyazır ki, axırda Cəmil Məmmədli qeyd edir:
Necə bu qədər vicdansız olmaq olar?
Biyabırçılıqdı e.
Gələcək günlərdə maraqla kimin qalib gələcəyini gözləyirəm.
Görək kim qalib gələcək, dövlət yoxsa mafiya?
Əslində qənaətim, bu adamı orda saxlamayacaqlar.
Çünki meşə qırıntılarının arxasında nazirlikdən kiminsə dayandığı heç kəsə sirr deyil.
Məhz o mafiya-hinayədarlarının əli ilə vuracaqlar yəqinki adamı...
Görək nə olur...
Diqqətlə izləyirik...
Teref.az olaraq qeyd edirik ki, bizdə məsələni nəzarətimizdə saxlayırıq və baş verəcək bütün hadisələrdən ictimaiyyəti və ETSİN-nin səlahiyyətlilərini məlumatlandıracağıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.