Bakıda, Sumqayıt və Mingəçevirə ölülərin üstündə qurulan "biznes" - Rüsum pərdəsinə bütünmüş "məzar monopoliyası" VİDEO

15-05-2022, 11:42           
Bakıda, Sumqayıt və Mingəçevirə ölülərin üstündə qurulan "biznes" -
Allah hər evə şadlıq nəsib etsin inşallah. Amma, yaradanın yaratdığı bütün canlı və cansız varlıqlar üçün nəzərdə tutduğu bir son var.
Bizim üçün də ölüm qaçılmazdır. Lakin, elə dövrə gəlib çıxdıq ki, acgöz və "day-daylı" işbazlar üzündən, ölüm yaşamaqdan baha olub. Allaha acıq getməsin, ölümdən indi hamımız qorxar olmuşuq. Amma, yalnız xərclərinə görə. Məsələn, mərasim evi, çadır, yaxud məclis xərclərindən əlavə, qəbiristanlıqlarda məzar üçün yer pulunu elə qiymətə verirlər ki, sanki evlənib, köçmək üçün "yeni mənzil" alırıq.
Amma,
“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.
Amma, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, "İnsanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. Əlavə ödənişin tələb edilməsi qanunsuzdur. Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.
İndi, desəm ki, Sabir Həsənovun xəbəri yox imiş, 100/90 % özümü də, sizi də aldatmış olaram.
Ay Sabir müəllim, siz harda yaşayırsınız ki, bu boyda faktı əminliklə inkar edirsiniz? Ən ucqar dağ rayonlarında yaşayanlar belə, Bakıdakı "son mənzil" qiymətlərindən xəbərdardır.
"DogruXeber.az" informasiya portalında tez-tez bu məsələlərə toxunulur. Elə, ötən həftə Sumqayıt şəhər qəbristanlıqlarında İcra başçısı Zakir Fərəcovun yaxını olduğu deyilən, həmyerlisi sayılan Firuz adlı şəxsin "məzar monopoliyası"ndan danışıldı. Özü də məzarlıq üçün nəzərdə tutulmuş yer azlıq etdiyi üçün, artıq keçib "qonşu"luqdakı "SOCAR" şirkətinin ərazisinə. İndi "SOCAR"la necə razılaşıblar onu bir Allah bilir, bir də özləri.

Amma, yox əslində bilən bir yer də var. "DogruXeber.az"
Hissə-hissə deyir bildiklərini ????
İndi də növbədə "tullantılarla zəngin" olan Mingəçevir şəhər qəbristanlığıdır.
"Həftə 8, mən 9" "ailə içində" tender müsabiqəsi keçirib, "karlı məbləğlər"lə müqavilələr imzalayan İcra Hakimiyyətinin pulunu görüb, özünü görmədiyi qəbristanlıq.
Növbəti həftə "DogruXeber.az" dan oxuyacaqsınız ki, bu sözün əsl mənasında zibilliyi xatırladan kolluqda məzar yerini kimlər, neçəyə satır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.