Zəradabın İcra başçısı Mərdan Camalovun qardaşı oğlununda Moskvada milyonlarla ölçülən sərvəti tapıldı - ARAŞDIRMA

15-05-2022, 15:57           
Zəradabın İcra başçısı Mərdan Camalovun qardaşı oğlununda Moskvada milyonlarla ölçülən sərvəti tapıldı - ARAŞDIRMA
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir araşdırma ilə çıxış edib. Bu dəfəki araşdırma mərhum keçmiş müdafiə sənayesi naziri Yavr Camalovun oğlu Rəşad Camalovun Moskvadakı var dövləti ilə bağlıdır.
Xüsusi ilə qeyd etmək istəyirik ki, Rəşad Camalov ınisi Mərdan Camalovhal hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb.

Rəşad Camalov eyni zamanda"Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Venesuela küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdir.
Rəşad Camalov 2020-ci il Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.

Mərhum nazirin oğlu Rusiya vətəndaşlığı təsbit edən pasportunu 2006-cı Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb. Bildiyimə görə bundan sonra hətta DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Teref.az olaraq araşdırmada toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.