Daha bir küçmiş İcra başçısının oğlu biznesini Rusiyaya keçirtdi - SƏNƏDLƏR

16-05-2022, 08:47           
Daha bir küçmiş İcra başçısının oğlu biznesini Rusiyaya keçirtdi - SƏNƏDLƏR
Mingəçevir və Zərdab Rayon İcra hakimiyyətlərinin keçmiş başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə atasının vəzifəsindən azad edilməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb. Babəli Babazadə ötən il Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. "Liqa-Stroy" Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli yazır:
Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən Azərbaycanda "BLB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ (açması Babəli Lütvəli Babazadə) təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət - "TOP POİNT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin dekabrında Lütvəli Babayevin ailə üzvlərindən RUBABƏ BABAYEVA NİZAMİ QIZININ adına təsis edilib. Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır. Babəli Babazadənin Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikdirdiyi haqda daha əvvəl məlumat paylaşmışdım.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.