Yasamalda ağacları kəsib yerində sənədsiz "obyekt" tikirlər... FOTO

17-05-2022, 08:35           
Yasamalda ağacları kəsib yerində sənədsiz "obyekt" tikirlər...  FOTO
"Yasamal rayonu, Həsən Məcidov küçəsi.
Bu obyektin yerində 5-6 ədəd yaşı 60-70-ə yaxın olan ağac var idi.
Həmin ağacları kəsib yerində bu obyekti tikənlər isə bir qrup əli çəlikli veteranlardır. Onlarla heç dövlət qrumları da bacarmır."
Teref.az yazır ki, bunu Arazxeber.az saytının baş redaktoru Zərdabi Abbasov öz səhifəsində yazıb. Daha sonra baş redaktor yazır:
"Obyektin heç bir sənədi yoxdur. Tikinti isə çox sürətlə gedir. Sənədsiz obyektə su, kanalizasiya, elektrik xətləri tezbazar təmin olunub. Araşdırmalarımız zamanı məlum oldu ki, veteran dediyimiz bu şəxslər sadəcə maklerlik edirlərmiş. Obyektin əsil sahibi isə Yasamal rayonunda idarə rəislərindən biri imiş.
Həmin rəisin kimliyini dəqiqləşdiririk, bir-iki günə elan edib, onu ifşa edəcəyik."














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru