Qazax sakinləri fəryad edir: “Canımızı Babaşov bəlasından qurtarın” VİDEO

17-05-2022, 10:29           
Qazax sakinləri fəryad edir:
Son zamanlar ölkədə aparılan islahatlar, bölgələrdə insanları incidən məmurların həbs olunması yüksək əhval ruhiyyə yaratsa da, bəzilərin hələ də kreslolarını tərk etməməsi məyusluq yaradır. Onlar “gözü çıxmış qardaş”dan nəinki dərs götürmür, hətta da daha da azğınlaşırlar.
Bunu “Aktualxeber.az” saytının elektron ünvanına gələn şikayət məktublarından görürük.
Misal üçün, bu günlərdə Qazax şəhər sakini Əzimov Eldəniz Yusif oğlu saytımız vasitəsilə Prezident İlham Əliyevə göndərdiyi müraciətdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında yayımladığı video-şikayətdən sonra qarşılaşdığı problemlərdən bəhs edib.
Onun sözlərinə görə, Prezidentə və Mehriban xanıma video müraciət etdikdən sonra Rəcəb Babaşov tabeçiliyində olan bütün şəxsləri ayağa qaldırıb, onunla siyasi və inzibati mübarizə aparır.
“Mən video müraciətdə heç kimi təhqir etmədən rayonumuzdakı mövcud sosial -ictimai problemlərdən danışmışam. Birinci müraciətdən sobna Babaşov barəsində prezidentə şikayət etdiyim üçün toplantı etdilər. Hətta birazda irəli gedərək Babaşov mənim Ulu Öndərimizin imzası olan vəsiqəsini 22 il sinəmdə sevərək gəzdirdiyim YAP sıralarından çıxarılmağımı tələb edir.
Mən həmişə YAP ideologiyasını yaxşı anlamışam sadiq olmuşam və hər yerdə müdafiə etmişəm.
Bu birinci hal deyil və Rəcəb Babaşov 6 il iş ərzində uzun illər YAP – ideologiyasına sadiq olan bir sıra qadın və kişiləri işdən çıxarmağı az deyilmiş kimi, partiya sıralarından xaric edilmələri barədə də məsələ qaldırıb. Rəcəb Babaşovun buna mənəvi haqqı yoxdur və Rəcəb Babaşovun özü YAP iqtidarına və YAP ideologiyasına tamamilə zidd olan hərəkətlər edir. Özünü əsl dövlət adamı kimi deyil avtoritet mafioz kimi aparır. Hətta onun yağışlı havada çətir tutanı da var. Rəcəb Babaşov uzun illər YAP qadınlar şurasının sədri bağça müdirəsi Nəzakət xanımı heç bir ciddi əsas olmadan işdən çıxardı. Nəzakət xanımın təqaüdə çıxmasına 3–4 il qalmış işdən çıxarılmasını Qazax ictimayyəti birmənalı qarşılamadı. Təsəvvür edin, ömrünü xalqın övladlarının tərbiyəsinə həser etmiş, rayonun ən fəal ictimai xadimi, YAP qadınlar şurasının sədri indi mağazada satıcı işləyir. YAP Gənclər təşkilatının sədri Asya xanımı işdən çıxarıb idarələrin önündə gözüyaşlı qoyub. Bu günlərdə İcra hakimiyyətində işləyən çox aristokrat və mədəni YAP sevdalısı Amid müəllimi işdən çıxarıb”.
Şikayətçinin məktubu bu sözlərlə bitir:
“Cənab Prezident! Xahiş edirik Rəcəb Babaşovu bir yolla durdurun! Qazaxlıların canını Babaşov bəlasından qurtarın”.
Yeri gəlmişkən, Eldəniz Əzimov video-müraciətlərin electron linkini də bizə yollayıb:

https://goyezen.az/manset/6342-qazaxda-ziyalilar-ve-ictimaiyyet-numayendeleri-eldeniz-ezimov-baresinde-ciddi-tedbir-gorulmesi-ucun-olke-prezidentine-muraciet-edibler.html
Qarşı tərəfin mövqelərini dərc etməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.