Cavid Qurbanova pul lazımdır: işçilərin maaşı kəsilir

18-05-2022, 00:01           
Cavid Qurbanova pul lazımdır: işçilərin maaşı kəsilir
“Azərbaycan Dəmir Yolları” QSC-nin işçiləri etiraz aksiyası keçirib. JAMAZ.İNFO bildirir ki, buna səbəb “Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsməsidir.

“Unikal” isə yazır ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

O bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar.

İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.

Hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq etirazlarını bildirirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.

“Azərbaycan Dəmir Yolları” QSC iddialarla bağlı ətraflı münasibət öyrənmək mümkan olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.