Səlim Müslümovun idarəsində azyaşlı uşaq istismar olunur-FAKT
8-05-2015, 23:50
Bir neçə gün bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağcabədi rayon Sosial Müdafiə Mərkəzinin inzibati binasında ürək ağrıdıcı bir olay yaşanıb və bu, həmin hadisənin şahidi tərəfindən lentə alınıb. Həvəskar çəkilişi olan həmin kadrlar isə əməkdaşımıza verilib. Çəkilişdə təxminən 8-9 yaşlarında olan oğlan uşağı əlində süpürgə ƏSMM-nin binasının pilləkənlərini süpürür. Özündən böyük olan süpürgəni böyük çətinliklə hərəkət etdirən bu balaca zavallı kameraya çəkildiyini görsə belə, əl saxlamadan verilən tapşırığı yerinə yetirməyə davam edir. Az yaşlı bir uşağı istismar edən ƏSMM-nin adını bilmədiyimiz direktoru hansı səbəbdən dövlət tərəfindən ayrılmış və adına məvacib yazılan xadimələrin işini azyaşlı bir oglana gördürür?! Hesab edirik ki, bu sualın cavabını bilmək çox maraqlı olardı. Yəqin ki, tabeçiliyində olan işçilərinə qarşı ciddi və tələbkar reputasiyaya malik bir nazir kimi daha çox tanınan Səlim Müslümov bu məsələyə biganə qalmayacaqdır.
Əməkdaşımız cəbhə bölgəsində olduğu üçün və həmin çəkiliş də onda olduğundan azyaşlı uşağın pilləkənləri süpürməsini əks etdirən video görüntünü yaxın günlərdə sizlərə təqdim edəcəyik.
Qarşı tərəf də münasibət bildirməkdə sərbəstdir.
“FİA.AZ”