Elsevər Ağayev hansı yolla özünün birbaşa hədəf olduğunu unutdurmağa çalışır - Nazir müavininin ilginc gedişləri…

9-05-2015, 10:55           
Elsevər Ağayev hansı yolla özünün birbaşa hədəf olduğunu unutdurmağa çalışır - Nazir müavininin ilginc gedişləri…
Bir neçə gün əvvəl Səhiyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri postunda dəyişiklik oldu. Belə ki, həmin vəzifəni tutan Anar Qədirli işindən uzaqlaşdırıldı. Əslində kənardan sıradan bir kadr dəyişikliyi təəssüratı yaratsa da, Anar Qədirlinin görəvindən alınması fərqli bir situasiya ilə əlaqələndirildi.

DİA.AZ-ın da xəbərində vurğulanırdı ki, əslində Anar Qədirli hələ Əli İnsanovun dönəmindən SN-də böyük güc kimi formalaşan və bu gün nazirlikdəki kadr islahatlarına birbaşa təsir edən nazir müavini Elsevər Ağayevin qəzəbinə tuş gəlib.

Məlumatımızda onu da bildirmişdik ki, Elsevər Ağayev zamanında anoloji qaydada Bakı şəhər Baş səhiyyə İdarəsinin südirəsi Leyla Seyidbəylini də «vurmağa» müvəffəq olmuşdu. İndi isə Anar Qədirlinin «rütbəsi»ni azaltmağa müvəffəq olan Elsevər Ağayevin əslində nazirə yaxın digər kadrları da eyni üsulla sıradan çıxaracağı iddia olunur.

Amma məsələ bunda deyil. Bildirilir ki, son günlər dərman bazarındakı silkələnmədə özünün hədəfə çevrilmə ehtimallarının yüksək olduğunu təxmin edən Elsevər Ağayev hazırki manevrləri ilə əslində özünü vəziyyətdən çıxarmağa çalışır.

Bu barədə məlumatlı mənbənin DİA.AZ-a çox ilginc açıqlamaları var. Qaynaq iddia edir ki, prezident İlham Əliyevin dərman mafiyasını hədəfə almasından sonra Elsevər Ağayev əməlli-başlı gərgin situasiya ilə üz-üzə qalıb:

«Əslində prezident Elsevər Ağayevi dərmanın qiymətinin süni şəkildə qaldırılmasında ittiham etmiş oldu. Ad çəkilmədi, doğrudur, amma əsl hədəf Elsevər Ağayev idi. Çünki bu gün Elsevər Ağayev faktiki olaraq dərman bazarında çox ciddi oyunçudur və onun imkanları var ki, nəinki qiymətləri qaldırsın, ümumiyyətlə, dərman bazarında qiymət siyasətini belə yönəltsin».

Məhz belə bir gərginlik içində Elsevər Ağayevin isterik gedişlərə əl atdığını söylə yən qaynaq nazir Oqtay Şirəliyevdə əslində özünə qarşı olan mətbuat materiallarının birbaşa olaraq nazirin şəxsini hədəfə aldığını iddia etmiş və bu işdə «səriştəsizlik» göstərən Anar Qədirlini çıxdaş etməklə yanaşı, diqqətləri müəyyən qədər «zərərsizləşdirə» bilmişdi: «Amma bu, onda sona qədər uğurlu alınmayacaq. Çünki Anar Qədirlinin ətrafındakı oyunlar artıq unudulub. İndi yenidən gözlər apteklərin piştaxtalarındadır».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.