Cahangir Əsgərov nə vaxta qədər VƏTƏNDAŞLARI "SOYACAQ"? VİDEO

1-07-2022, 07:48           
Cahangir Əsgərov nə vaxta qədər VƏTƏNDAŞLARI "SOYACAQ"?  VİDEO
Sıravi azərbaycanlı Tblisiyə səyahət etmək istəyirsə 157 manat, İstanbul üçün 261 AZN xərcləməlidir. Halbuki, quru yolla iki-üç dəfə daha ucuz
səyahət etmək mümkündür.
Ölkədə iyun ayı ərzində 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat
edib. Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti (NK) iyunun 21-də Covid-19
pandemiyası səbəbindən “xüsusi karantin rejimi”ni sentyabrın 1-nə qədər uzadıb.
İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağladığından ölkəni yalnız hava
yolu ilə tərk etmək mümkündür. Maraqlıdır ki, qonşu ölkələr olan İrana, Türkiyəyə
quru yolla getmək üçün əvvəlcə Naxçıvana təyyarə ilə uçmaq, oradan isə sərhədi
keçmək mümkündür.
Bakıdan Naxçıvana (Bakı- Biləsuvar- İran- Culfa istiqamətində) gedən avtobusların
qiyməti 30 manatdır. Təyyarə ilə səfər etmək isə 60 AZN-ə başa gəlir. Bu məbləğin
üzərinə digər nəqliyyat xərclərini də gəldikdə ödəniş daha da yüksəlir. Bu isə o
deməkdir ki, minimum 250 manat əmək haqqı alan vətəndaş təyyarə ilə xaricə gedibgələmək üçün 2 ay heç nəyə pul xərcləməməlidir.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq
edilməsini Nazirlər Kabineti (NK) həyata keçirir. “Toplum TV” quru sərhədlərlə bağlı
sosial mediada edilən şikayət və narazılıqları NK-ya sorğu kimi ünvanlasa da,
qurumun mətbuat nümayəndəsi İbrahim Məmmədov şərh verməkdən imtina edib.
İqtisadçı Azər Mehtiyev hesab edir ki, quru sərhədlərin bağlı olması pandemiya ilə
bağlı deyil: “Xüsusən də nəzərə alanda ki, dəmiryolu da işlək vəziyyətdə deyil,
bu zaman yeganə nəqliyyat vasitəsi kimi təyyarələrdən istifadə etmək qalır.
AZAL-ın qoyduğu qiymətlər isə sadə insanların cibinə uyğun deyil deyə onlar
səfərlərdən məhrum olurlar. Hökumət bu qadağanı uzadarkən pandemiyanın
yenidən qalxacağı riskini qiymətləndirməlidir. Ortada bir açıqlama olmadığı
üçün o fikir yaranır ki, bu, şirkətlərə fayda vermək üçündür. Gedənlər isə
yüksək qiymətə təyyarə bileti aldığı üçün bu AZAL-ın cibinə xidmət edir”.
İqtisadçı Rövşən Ağayev isə “Feysbuk” hesabında yazır ki, hərəkət məhdudiyyəti çox
səbəbli bir qərar olub, əsasən, oliqarxiyanın mənafeyinə xidmət edir: “Məqsəd həm
də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana,
ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər. Bu qərarla həm
kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın
mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm
obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə
uduzurlar”.
İqtisadçının fikrincə, turistik kanallarla kənarda valyuta xərcləmələri
məhdudlaşdığından minimum 700-800 mln. ABŞ dolları ölkə daxilində dövr edir.
Hökumət isə bunu “uğur” saya bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.