11 633 manat vergi borcu olan “Kür-Araz Şirkəti” 18 MILYONLUQ tenderi necə udur..? - “Kür-Araz” ilə deputat Mahir Abbaszadəni nə bağlayır..?

2-07-2022, 00:09           
11 633 manat vergi borcu olan “Kür-Araz Şirkəti” 18 MILYONLUQ tenderi necə udur..? -
Şirkətdə işçilər əmək müqaviləsi olmadan işlədilir…

Bir neçə ilin söhbətidir. Tanışlarımızdan biri pulunu ala bilmədiyi üçün “Kür-Araz” MMC-yə müraciət etməyimizi xahiş etdi.
Çox uzun axtarışdan sonra MMC-nin ofisini tapa bildik. Və söhbət əsnasında soruşduq ki, bu insanların pulunu niyə vermirsiniz..?
Söhbət bir nəfərdən getmirdi…
Söhbət onlarla işçinin əmək haqqından gedirdi….
Deməli, “Kür-Araz” MMC tenderləri saxta yolla udur və sonra udduğu milyonları müxtəlif şirkətlərə, tikinti briqadalarına satır. Və…
Həmin tikinti briqadaları ilə danışıb tikintinin 1 kv.m, yaxud suvaq işi filan ..qiymətlərini şifahi şəkildə razılaşırlar.
Təsəvvür edirsinuiz ortada heç bir rəsmi sənəd yoxdur. Nə əmək müqaviləsi, nə sosial müdafiə fondu, nə vergi-filan…
Və işlər bitəndən sonra işçilərin əmək haqqı məsələsi ortaya gələndə rəhbərlik deyir ki, siz kiminlə danışmısınız…
Briqadanın rəhbəri deyir ki, Bəhlul müəllimlə…
“Kür-Araz”ın rəhbərliyi deyir ki, siz bilmirsiniz ki, biz onu işdən qovmuşuq….
Və beləcə mübahisə başlayır. Razılaşdırılmış qiymətdən ən azı 3 dəfə ucuz əmək haqqı təklif edilir. İstəyirsən al, istəmirsən xoş gəldin…
Sözün qısası, medianın müdaxiləsindən sonra tikinti briqadasının işçilərinin halal əmək haqqının çətinliklə 50-60 faizini onlara qaytara bildik.
Bax, adını DƏLİ KÜR, XAN ARAZ qoyan bu şirkət belədir.
Özü də səhv etmiriksə, dövlət qurumları ilə bir binada məskunlaşıblar.
Əslində bu şirkət dövlət məmurlarından birinə məxsudur.
Bu məsələni növbəti yazlda dəqiqləşdirib yazacağıq.
Sözün qısası, Kür-Araz MMC son neçə ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan ən çox tender udan şirkətdir.
Biz hələ ki, bu şirkətin Milli Məclisin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə ilə əlaqələrinə toxunmaq istəmirik.
Təsəvvür edirsiniz, xeyli vergi borcu olan bu şirkət 18 milyonluq tenderi udur.
Belə ki, Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi “Kür-Araz Şirkəti” MMC-yə həvalə olunub. Bu işlər üçün şirkətə dövlət büdcəsindən 6 milyon 691 min 350 manat ödəniləcək.
“Kür-Araz Şirkəti” MMC son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin 6-da qalib olub.
Bu hələ harasıdır..?
“Kür-Araz Şirkəti” MMC Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 290 min, 2020-ci il martın 13-də Abşeron rayonu ərazisində 9 mərtəbəli 54 mənzilli 40 və 41 №-li yaşayış binasının tikintisi üçün 6 milyon 200 min, aprelin 9-da Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində qaz, su təchizatı və suvarma sisteminin tikintisi üçün 1 milyon 37 min, sentyabrın 24-də Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 milyona yaxın məbləğdə tenderlərin qalibi elan olunub.
İndi gördünüzmü, insanları işlədib pulunu verməyən bu şirkətə milyonlarla dövlət vəsaiti verilir.
Şirkət isə pulları mənimsəyərək, “otkat” yolu ilə xeyli hissəsini deputata çatdırır.
Bir məsələni də xüsusi olaraq qeyd edək.
İşçilər deyir ki, qanuna görə, bizimlə bağlı Dövlət Sosial Müdafiə Fonduna pul köçürülməlidir.
Amma şirkətin rəhbərliyi bu pulu köçürmür və deyir xoşunuz gəlmirsə, rədd olun.
Şirkətlə bağlı araşdırmalarımız davam edir.
Növbəti yazıda öz əmək haqqını ala bilməyən fəhlələrin, tikinti briqadalarının mövqeyini öyrənməyə çalışacağıq.
Və bütün tərəflərin mövqeyini olduğu kimi dərc edəcəyik. Yəqin ki, cənab deputat Mahir Abbaszadə də öz mövqeyini açıqlayacaq.
Bizi izləyin.gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.