Taxtakörpü-Ceyranbatan su kanalı, yoxsa..? - Paytaxt Bakını içməli su ilə təmin edən kanalda nələr baş verir..?

2-07-2022, 08:05           
Taxtakörpü-Ceyranbatan su kanalı, yoxsa..? -
Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonundan keçən hissəsi ilə bağlı internetdə qısa bir araşdırma aparanda dəhşətə gəldik.
Xəbərlərin başlıqlarına nəzər salmaq kifayət edər.
Şabranda Taxtakörpü-Ceyranbatan kanalında vətəndaş boğulmuşdur…
Taxtakörpü-Ceyranbatan kanalında batan qoyunu xilas etmək istəyən çoban özü boğulmuşdur….
Siyəzənin Qarabulaq kəndindən olan Muradov Dövlət Ağagül oğlunun 6 yaşlı qızı Muradova Mülayim Dövlət qızı 2020-ci ildə kanala düşərək ölüb.
Qardaş bacısını boğaraq Taxtakörpü-Ceyranbatan su kanalına atmışdır…
Bəli, rəsmi xəbərdən bəlli olur ki, Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğunun araşdırmaları göstərib ki, hadisənin zərərçəkmişin qardaşı 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Son 15 gündə kanala 2 nəfər düşərək həlak olub…
Bir ailədən 5 nəfər “Taxtakörpü” su kanalına düşərək ölüb…
Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.
FHN-nin rəsmi məlumatına görə, Ağasalam İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu siyahını biz kifayət qədər uzada bilərik.
Amma oxuduqlarımızdan özümüz dəhşətə gəldik. Niyə…?
Birincisi, bilmək lazımdır ki, bu su kanalı dövlətin paytaxtı Bakını içməli su ilə təmin edən Ceyranbatan su anbarına axır.
Təsəvvür edirsinizmi, paytaxtı içməli su ilə təmin edən su kanalı nə gündədir..?
Bu su kanalına meyid atırlar, heyvan cəmdəyi atırlar, nə bilim daha nələr atırlar….
Əslində bu su kanalı ciddi mühafizə olunmalıdır, hər tərəfdən hasarlanmalıdır….
Dövlətin paytarxtını su ilə təmin edən su kanalı strateji obyekt hesab edilir.
Bəs sabah hansısa təxribatçı bu su kanalına nəsə atarsa, bunun məsuliyyətini kim daşıyacaq..?
Bu milyonlarla insanın ölümünə səbəb ola bilər…
Bir daha qeyd edirik ki, belə strateji obyektlər ciddi mühafizə olunamlıdır.
İkincisi, bu strateji obyektlərin sağ və solunda 50 metr enində yaşıllıq zolağı olmalıdır.
Üçüncüsü, bu su kanalının ətrafı dəmir məftillə hasarlanmalıdır. Və s….
Bəs, bunlar niyə həyata keçirilməyib..?
Bunun üçün ayrılan milyonlarla dövlət vəsaitini kimlər basıb yeyib..?
Necə olur ki, qardaş bacısını boğaraq su kanalına aparıb atıb..?
Necə olur ki, içməli su kanalına heyvan leşləri düşür…?
Ən dəhşətlisi odur ki, bu su kanalında baş verən cinayət halları ilə bağlı dəfələrlə istintaq işləri aparılıb, amma….ortada bir dənə də olsun nəticə yoxdur.
Vallah millətin təhlükəsizliyi ilə bağlı belə məsuliyyətsiz hal olmaz.
Həkim dostlarımızdan biri neçə ilə öncə bizə dedi ki, içməli su kanalına balaca bir ampula atmaq milli faciəyə səbəb ola bilər.
İçməli su kanalları ciddi mühafizə olunmalıdır.
Gündəlik-Bakı media qurumu olaraq biz bu ciddi problemi də işıqlandırdıq. Qalanı bizlik deyil.
P.S. Biz Gündəlik Bakı olaraq, var gücümüzlə çalışırıq ki, hər dəqiqə dövlətimizin, dövlətçiliyimizin yanında olaq. Bütün problemlərin həlli üçün əlimizdən gələni edək. Bəzi dələduz məmurlar isə özlərinin törətdikləri rüşvətxorluq və korrupsiya hallarını ört-basdır etmək üçün jurnalistləri məhkəməyə verirlər, onların vaxtlarını alırlar. Amma həmin dələduz məmurlar başa düşmürlər ki, uzun illərdən bəri, dövlətdən oğurladıqları pulları bir gün onların burnundan DƏMİR YUMRUQ gətirəcək. Onda biləcəklər ki, oğurluqla o birisinin axırı olmur. Ona görə də, oğurlamayın dövlətin malını, gözünüzdən gələcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.