Cənab Prezidentin diqqətinə: ekologiyamızı məhv edən kimlərdir?!

12-08-2022, 00:02           
Cənab Prezidentin diqqətinə: ekologiyamızı məhv edən kimlərdir?!
Bərdə rayon Şirvanlı kənd sakini Məmiyev İslam Şirin oğlu Azerinfo.az xəbər portalına məlumat verərək bildirir ki, Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənov bir çox qanunsuzluqlara yol verir .
Belə ki, redaksiyamıza təqdim etdiyi çəkilişlərdən açıq aydın görünür ki, həqiqətən də meşə fonduna aid ərazilərdə pambıq və bostan sahələri salınıb. Kadrlarda gördüyünüz bu ərazi isə Bərdə rayon Aslan Əyricə mesebeyliyinin 4 və 5 saylı dolaylarının 7-ci və 8 -ci kvartalları quşçuluq sahəsidir.

Şikayətçi bildirir ki, bu ərazilərdə körpə tinklər qanunsuz məhv olunaraq yerində pambıq və bostan sahələri salınır.

Məlumat da o da qeyd olunur ki, Qalib Həsənov həmin ərazini, yəni körpə tinklərin qorunması üçün ayrılan vəsaitləri da mənimsəyir.

Halbuki, hazırda həmin tinklərdəhn əsər-əlamət belə yoxdur.

Sadəcə kağız üzərində göstərir ki, guya həmin ərazilərdə tinklər yetişdirilir və onların qorunması üçün müxtəlif məbləğ də pullar silinir.

Necə deyərlər "həm ziyarət, həm ticarət". Onu da qeyd edək ki, Qalib Həsənovun iri və xırda buynuzlu mal-qara fermalarinin olduğu iddia olunur.

Bəs maraqlıdır görəsən, 100 min hektarlarla icarəyə verilmiş meşə fonduna məxsus ərazilərdə yığılan külli miqdarda pullar kimin və ya kimlərin cibinə gedir?! Bir sözlə belə aydın olur ki, meşə fonduna aid olan torpaqları Qalib Həsənov öz şəxsi biznesinə çevirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.