PREZİDENT İSMAYILLIYA SƏFƏRİ ZAMANI LÜKS AVTOMOBİLİ İDARƏ ETDİYİNƏ GÖRƏ BAKI-ŞAMAXI YOLUNDAKI NARAHATÇILIQLARI HİSS ETMƏDİ

12-08-2022, 16:54           
PREZİDENT İSMAYILLIYA SƏFƏRİ ZAMANI LÜKS AVTOMOBİLİ İDARƏ ETDİYİNƏ GÖRƏ BAKI-ŞAMAXI YOLUNDAKI NARAHATÇILIQLARI HİSS ETMƏDİ
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxarmalı idi. Elə bu məqsədlə də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsinin həyata keçirləməsi üçün 100 milyon manata yaxın vəsaitin ayrılmasına göstəriş vermişdir. Layihənin necə həyata keçirilməsilə əlaqədar apardığımız araşdırmalar zamanı irimiqyaslı korrupsiya faktlarına yol verildiyini tərəfimizdən aşkar edildi. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilmişdir. Qeyd edək ki, 3 il öncə yenidənqurmadan sonra istifadəyə verilən Bakı- Şamaxı avtomobil yolunun Ceyrançekməz çayına çatmamış hissəsində ( 67-68- ci km ) asfalt örtüyündə yoxuş hissədə bir sıra yerlərdə hissə hissə iri çatlar, qabarmalar və çökmələr əmələ gəlmiş və avtomobillərin hərəkəti üçün real təhlükəli vəziyyət yaranmışdır. Vəziyyət nəzərə alınaraq 2 ay öncə həmin sahələrin asfalt örtüyü yenidən qazılaraq yolun səviyyəsinin qabarmalardan və çökmələrdən azad edilməsi üçün xeyli bərkitmə işləri görülmüşdür. Hansı ki, bu yolun yenidənqurulması zamanı podratçı şirkət olan "Polad Yol Yapı San., Tic. A.Ş." şirkəti yola 30 illik zəmanət vermişdir. Amma bu şirkətin 2015-ci ildə inşa edib istifadəyə verdiyi Şəki-Qax yolunda gördükləri keyfiyyətsiz işləri elə Bakı- Şamaxı yolunda da təkrarlaması , hesab edirik ki, ən azı qardaş hesab etdikləri Azərbaycana qarşı olan hörmətsizlik və sayğısızlıqdır. Qax yolunda apardığımız monitorinq zamanı aşkar etmişdik ki, öhdəliklər heç də 35 km uzunluğu olan bu yolun açılışı zamanı cənab Nəqliyyat naziri Ziya Məmmədovun cənab Prezidentə verdiyi rəsmi raportda qeyd edilənlər kimi, yol çəkilişi heç də keyfiyyətlə icra edilməmişdir. O zaman da aşkar etmişdik ki, asfalt örtüyünün 3-cü əsas qatı - yəni, 4 sm qalınlığı olan üst aşınma qatı sənəddə göstərilsə də ümumiyyətlə faktiki olaraq çəkilməmişdir. Və bunun nəticəsində dövlətə ən azı 6 milyon manat maddi ziyan vurulmuşdur. Nəticədə bu gün asfaltın orta və kənar hissələrində çoxsaylı çatlar, çökmələr və yoxuş hissələrdə qabarmalar( el arasında "şifer asfalt" adlanır) əmələ gəlmiş və yol qismən yarasız vəziyyətə düşmüşdür. Qobustan rayonun Nərimankənd kənd sakinlərindən adının çəkilməsini istəməyən ağsaqqalın verdiyi məlumatdan o da məlum olmuşdur ki, Bakı -Şamaxı yolunun 2 zolaqlıdan 4 zolaqlı asfalt yolun yenidənqurulması zamanı 2013-2019-cu illər ərzində görülən işlər zamanı da irimiqyaslı maliyyə maxenasiyalarına yol verilmişdir. Belə ki, Nərmankənd kəndinin 6 km günbatar hisəsində yerləşən "Diri Baba" dağının yaxınlığındakı qayalı dağ yerli icra başçısı olan cənab Adil Məmmədovla "Polad Yol Yapı" şirkəti rəhbərliyi arasında əldə edilmiş gizli sövdələşmə nəticəsində 3 milyon manata satılmışdır. Tikinti şirkəti yol kənarlarının genişləndirlməsi zamanı bu dağın bərk suxurlarını ağır texnikanın köməkliyi sayəsində dağıdaraq hissə hissə yol yatağına daşımışdır. AAYDA-nın 2017-ci ildə rəsmi portalı vasitəsilə verdiyi məlumatlardan isə görürük ki, yol yatağının bu hissələrində heç də AAYDA-nın rəsmi məlumatında göstərildiyi kimi işlər aparılmamışdır: http://www.aayda.gov.az/az/news/796 "Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunmuşdur. Layihəyə uyğun olaraq: yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir. Yol geyiminin qalınlığı 1 m 16 sm-dir: hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm, bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm-dir. Ümuilikdə yol örtüyünün əsası ( asfalt-beton örtük ) 29 sm təşkil edir. Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur: 1. 13.3-15.1 km; 2. 15.1-44.6 km; 3. 44.6-67.5 km; 4. 67.5-91.0 km. Yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi ( Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb." Yəni, yol yatağının inşası zamanı rəsmi məlumatda olduğu kimi inşaat normalarına uyğun deyil, hamarlayıcı lay 50 sm, əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm göstərilsə də bunların heç biri reallıqda həyata keçməmişdir. Yəni, 50sm + 22 sm + 15sm = 87 sm dərinlik sadəcə bərk dağ suxurlarının daşınıb yol yatağına tökülməsilə əvəz olunmuşdur. Layihədə göstərilən işlərin əvəzinə isə tam ucuz formada yaxınlıqdakı dağdan doğranıb daşınmış qaya suxurlarından gen-bol istifadə edilmişdir. Budur, görünən kəndə bələdçi lazım olmadığı kimi, Bakı-Şamaxı yolunun qeyd edilən hissələrində 2 ay əvvəl məcburi aparılan "yamaqvurma" əməliyyatı zamanı rəsmi məlumatların əsasız olmasını, yolun yenidənqurulması zamanı külli-miqdarda dövlət əmlakının mənimsənilməsi faktını bir daha isbatlayır. Hətta enişlərdə ( Bakı-Şamaxı yolunun 67-ci km-də) yamaqvurma əməliyyatıhəyata keçiriərkən asfaltın qalınığı 80 m-ə çatmışdır. Eləcə də layihədə göstərilən - Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru quraşdırılıb. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.

Bəli, dəmir konstruksiyadan hazırlanmış və hər birinin ağırlığı 30 ton olan 8 yerüstü piyada keçidinin inşası zamanı da külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktını da ayrca araşdırmamız zamanı üzə çıxarmışdıq. Təkcə bu epizodla bağlı onu qeyd edə bilərik ki, Bakı-Şamaxı avtomobil yolunda 9 yerüstü piyada keçidinin inşaası zamanı xüsusi araşdırmalarımız zamanı məlum olmuşdur ki, tək bir epizod üzrə dövlətin təxminən 3 milyon manata qədər vəsaiti sabiq deputat Günəşovun MMC-si tərəfindən mənimsənilmişdir. Rəsmi məlumatdan da aydın olur ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən 9 yerüstü piyada keçidi inşa edilmişdir. Bu məlumatdan sonra AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsi bir daha bildirmişdir ki, işlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılmışdır. Yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər. Apardığımız araşdırmalardan belə ümumi nəticəyə gəlirik ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-109-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən inşa etdirdiyi 9 yerüstü piyada keçidi istifadə üçün yayarsızdır və yenidən keyfiyyətli materiallarla təchz olunaraq texnoloji qaydalar və standartlar gözlənilməklə yenidən inşa olunmalıdır. İnşaat ekspertləri asanlıqla belə keyfiyyətsiz inşa edilmiş yerüstü piyada keçidlərinin hər birinə reallıqda nə qədər vəsait sərf edildiyini də dəqiqliklə hesablayıb hüquq-mühafizə orqanarına təqdim edə bilərlər. Təxmini hesablamalarımıza görə hər bir keçid üçün dövlət büdcəsindən 470000 manat pul ayrılsa da, reallıqda bu vəsaitin max. 150000 manatı belə 30 tonluq piyada keçidlərinə sərf edilmişdir. Yəni, burada ciddi korrupsiya hüquqpozmaları olmuşdur. Nəticədə, dövlətə cəmi 3 milyon manat maddi zərər dəymişdir.( mənimsənilmişdir) Apardığımız araşdırmalar zamanı ortalığa çıxan ciddi korrupsiya faktlarına hüquqi qiymət verilməsi üçün aidyyatı üzrə yuxarı direktiv orqan rəhbərlərinə faktlar üzrə yazılı müraciətlər etdikdən və Baş prokurorluğun müraciətlər üzrə idarə prokuroru cənab Yadigar Aslanlının məsələnin araşdırılması və müraciət müəllifinə cavab verilməsi barədə rəsmi məktubundan sonra, nəhayət AAYDA ASC-nin Mətbuat Xidməti rəisi cənab Anar Nəcəfli səviyyəsində 14 aprel 2022-ci il tarixli cavab məktubu aldıq. Əlbəttə, əgər buna cavab məktubu demək mümkündürsə. Anar müəllim cavab məktubunda beynəlxalq səviyyədə sifarişin həyata keçirilməsi üçün dövlət satınalmalarının keçirildiyini, işin icrasına da eyni qayda ilə nəzarət edildiyini, yerüstü keçidlərdən intensiv olaraq istifadə edildiyini, yazdığımız və mənimsənilən rəqəmlərin reallığa uyğun olmadığı, yerüstü keçidlərin istismara qəbulunun Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi bizə rəsmən xatırladılmışdır. Lakin biz AAYDA səlahiyyətlisinin məcburi formada həm bizə, həm də Baş Prokurorluğa ünvanlanmış cavab məktubunun əsas qayəsinin baş vermis irihəcmli korrupsiya cinayətlərinin ört-basdır edilməsinə xidmət edən bir namə olduğu qənaətinə gəlirik. Və cənab A.Nəcəfliyə xatırlatmaq istəyirik ki, cinayəti bilib məlumat verməmə və cinayəti ört –basdır etmə hər iki halda cinayət hesab edilir. Və cənab A. Nəcəfliyə onu da xırdalığına qədər nəzərinə çatdırmaq istəyirik ki, 9 ədəd yerüstü keçid heç də onun dediyi kimi, beynəlxalq səviyyədə sifarişə uyğun satınalmaların həyata keçdiyi kimi olmamışdır. Cavab olaraq bildirirk ki, yerüstü keçidlərin tikintisinin icraçısı satınalma zamanı "tender qalibi" olmuş MMC sabiq deputat Günəşov olmuşdur. Və onun hazırda Bakının Xətai rayonunda, Babək prospektində, konkret desək indiki köhnə təkərlər bazarının arxa tərəfində yerləşən dəmr sexində sözügedən piyada keçidləri korroziyaya uğramış metallom borulardan istifadə olunmaqla çox keyfiyyətsiz olaraq quraşdırılmışdır. Hətta paslanmış metal borulara antipas rəng vurulmadan ağ rənglənmişdir. Hazıda həmin yerüstü keçidlərin boru dayaqlarından ağ rəngin altından axan sarımtıl pas sadəcə göz oxşayır. Bizim dəqiqləşdirmələrimiz bu qədər. Ona görə də hesab edirik ki, istər Bakı-Şamaxı, istər Şəki-Qax, istərsə də Şamaxı yolunda inşa edilmiş 9 ədəd yerüstü keçidlərin tikintisi zamanı baş vermis iri miqyaslı korrupsiya cinayətlərinin yerində araşdırlması üçün dövlətin aidiyyatı üzrə rəsmi qurumlarının apardığımız araşdırmalar zamanı ortalığa çıxardığımız maliyyə maxenasiyalarına hüquqi qiymətin verilməsi zəruridir.
Onu da qeyd etmək yerinə düşərdi ki, "Polat Yol Yapı" icraçı şirkətin texniki direktoru, türk iş adamı Zəfər bəylə telefon danışığı zamanı bildirmişdir ki, sorun bizdə deyi, bizə nə qədər para ayrılırsa, biz də o qədər iş görmüşük. Yəni bu müsahibədən gün kimi aydın olur ki, sifarişçi təşkilat olan Azərbaycan Avtomobil Yolları DA-yi heç də yol ikintisi üçün nəzərdə tutulan pul vəsaitinin hamısını deyil, yalnız cüzi bir hissəsni podratçı təşkilata verirlər.
Müstəqil araşdırmaçı Məmməd Əhmədoğlu
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.