Xızı başçısı torpaqları necə satdırır: bələdiyyə sədrinin müdhiş saxtakarlıqları

12-05-2015, 09:35           
Xızı başçısı torpaqları necə satdırır: bələdiyyə sədrinin müdhiş saxtakarlıqları
Xızının icra başçısı Xəzər Aslanovun bel bağladığı adamlardan biri bələdiyyə sədri Möhsün Bağırovdur.

TİA.AZ xəbər verir ki, 2000-ci ildən bu vəzifədə işləyən bələdiyyə sədri 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirib.
40 yaşında ali təhsil diplomuna sahib olan M.Bağırov həvəsə düşərək Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsilini davam etdirib. Daha bir diplom alacaq sədri Xızıda bələdiyyə torpaqlarını pay-püş edib. Ancaq maraqlıdır ki, bələdiyyə sədri Xəzər Aslanovun çevrəsində yerini bərkitməsi ilə diqqət çəkir. Çünki icra başçısına ciddi maliyyə dayağıdır.
Xızı bələdiyyəsinin sədri yeni bir taktiki gedişə imza atıb. İndi də Tıxlı bələdiyyəsinin torpaqlarına göz dikib. Möhsün Bağırov rayon icra başçısı ilə yaxınlığından sui-istifadə edərək Tıxlı bələdiyyəsinin ləğvinə çalışır.
Deyilənə görə bu istiqamətdə hələlik "profilaktik" tədbirlər görməklə kifayətlənir. Tıxlı kəndinin bələdiyyə torpaqlarının Xızı bələdiyyəsinə qatılması "təşəbbüsü" isə Tıxlı ağsaqqallarının sərt reaksiyasına səbəb olub.
Hətta Möhsün Bağırovun Xızı rayon mədəniyyət və turizm şöbəsinin sədri vəzifəsinə təyin olunması üçün Mədəniyyət və Turim Nazirliyinə təqdimat verib. Bu təqdimatın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin seçiminə təsir edib-etməyəcəyini qabaqcadan demək çətindir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.