Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

14-08-2022, 00:18           
Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib -
Azərbaycan günü-gündən inkişaf edir, xarici turistlər ölkəmizə istirahət üçün sıx-sıx üz tuturlar. Xarici ölkə vətəndaşları ölkəmizə qonaq gələrkən neqativ halların şahidi olmamaları üçün, Avropa ölkələrindən geri qalmamaqdan ötrü paytaxt Bakı şəhərinin abadlaşdırılması üçün milyonlarla vəsaitlər ayrılır. Amma təəssüflər olsun ki, ölkə rəhbərliyinin gördüyü bu işlərə kölgə salan, gigiyenik qaydalara riayət etməyən ictimai iaşə obyektləri və hotel adı ilə əxlaqsızlıq yuvaları işlədən sahibkarlar və onları öz vəzifələrindən sui istifadə edərək himayə edən məmurlar da var. Bunlardan biri də Səbail rayon Şıxov ərazisində yerləşən Aysberq hoteldir.


"Azərbaycan Reallığı"na məlumat verən mənbə bildirir ki, sözü gedən bu hoteldə hansı hərc-mərcliyə desən rast gəlmək olar. Diqqətmizi bir məqam çəkdi ki, hotelə zəng vurub ünvanı öyrəmək istəyəndə telefona cavab verən operator ünvanı deməkdən boyun qaçırdı. Qeyd etdi ki, hotelə gəlmək üçün googledən axtarış verib, ünvana yalnız naviqator proqramı ilə gəlməlisiniz. Diqqətmizi çəkən o oldu ki, əgər obyekt normal iş pirinsipinə uyğun işləyirsə niyə görə, ünvanı normal şəkildə izah etmək istəmir. Ümüdvarıq bu yazılarmızdan sonra aidiyyatı qurumlar bu hotel və onun rəhbərliyi haqqında ciddi ölçü götürəcək. P.S. Məlumatlı mənbə bildirir ki, bu hotel Teyyub adlı iş adamına məxsusdur. O, Teyyubdur ki, onun adı ölkə mətbuatında müxtəlif mülkllər qalmaqalında hallanır.


Keçmiş gömrük şefi korrupsioner Səfər Mehdiyevə yaxınlığı ilə tanınan Teyyub adlı iş adamı Bakıda bir neçə obyektlərə sahibdir. Hotellər, restoranlar və s. Nəfsinə hakim ola bilməyib şəhərdən kənarda insanların torpaq sahələrini pulunun və yuxarı dairələrdə işləyən vəzifəli qohumlarının sayəsində qeyri-qanunu yolla əlindən ala bilib. Mənbənin verdiyi məlumata görə, onun Bakıdakı bir çox qara işlərini Vüqar Yusifov adlı şəxs görür. Onun hotellərinin, restoranlarının məşəqqətli qara pullarını da daşıyan məhz Vüqar adlı şəxsdir. Şəhərin mərkəzində Şıxov çimərliyinə yaxın ərazidə yerləşən bu mənzərəni şəhərimizə gələn xarici qonaqlar gördükdə, görəsən ökəmiz haqqında nə düşünərlər? Hər gün inkişaf edən Bakının mərkəzində bu cür obyekt işlədənlər kimə və nəyə xidmət edirlər? Yəqin bu suallara hotel sahibi Teyyub müəllim və onun kimi digərləri bu yazıdan sonra hüquq-mühafizə orqanlarında daha yaxşı cavab verəcəklər.


"Azərbaycan Reallığı"na danışan mənbə bildirdi ki, Teyyub adlı iş adamı ilə bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunan broker Əbülfəz Məlikovun və qandallanan gömrük genralları ilə də sıx iş əlaqələri olub. Məlumatı tam təfərrüatı ilə dəqiqləşdirdikdən sonra növbəti yazmızda oxucların diqqətinə çatdıracağıq.

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.