"AtaBank"ASC-nin Göyçay filialında cinayət - Şikayət var
12-05-2015, 10:40
teref.aznun poçtuna Göycay rayonu !Ata Bank"-ın filialından şikayət daxil olub. Onu sizin mühakimənizə veririk
Ucar rayonu Sadıq Qarayev küşəsi ev 25 sakini Məmmədov Cavid Sadıq oğlu tərəfindən
Ş İ K A Y Ə T M Ə K T U B U
Bu ilin mart ayı tarixində mən mətbuat vasit\si ilə müraciət edib "AtaBank" ASc-nin Göyçay rayon filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz olaraq ailəmin sosial kartlarını girov saxlayıb hər ay bankomatdan bütün pullarımızı borcun yerinə götürüb az yaşlı uşaqlarımı acından ölməyə məhkum etməsi barədə şikayət etmişdim.Bununla əlaqədar şikayət ərizəmin araşdırılması Göyçay rayon prokurorluğuna həvalə edildi. Məni rokurorluğa dəvət edib izahatımı aldılar.Göyçay rayon Prokurorluğu isə öz maddi maraqlarına görə cinayət əməli törətmiş şəxsin əməlinin üstünü ört-basdır edir.Belə ki, mənim şikayət ərizəm əsasında "AtaBank" ASC-nin Göyçay filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz əməlini araşdırıb qanunda nəzərdə tutulmuş tədbirlər görmək əvəzinə mənə məhkəməyə müraciət etməyim barədə hüquqlarımı izah etməklə başdan sovdu cavab məktubu göndərmişdir.Hnsı ki, "AtaBank" ASC-nin kredit şöbəsinin müdiri Seymur Mehdiyevin əməli cinayət tərkiblidir.Buna görə Göyçay rayon prokurorluğu aparılan araşdırmada izahatımda göstərdiyim şahidləri dindirilmədi, bankomatdan çıxarışları sorğu edib almadı ki, bu özü saxtakarlıqdır.Qeyd edim ki, "AtaBank" ASC ilə 08.11.2012-ci il tarixdə bağladığım müqaviləyə əsasən kredit götürmüşdüm.Buna görə həmin bankın kredit şöbəsinin müdiri Seymur Mehdiyev mənim ailəmə məxsus sosial kartımı alıb özündə saxlamaqla kredit borcunun əvəzinə hər ay bankomatdan pul çıxarırdı.Mən sonradan bilmişəm ki, sosial kartın bank əməkdaşı tərəfindən saxlanılıb çıxarışlar edilməsi qanunsuzluqdur.Buna görə ilk növbədə mətbuat vasitəsi ilə orqanlara müraciət etdim və şikayət ərizələri göndərdim.Elə həmin vaxt Seymur Mehdiyev mənim sosial kartlarımı tez-tələsik Ucar rayon sakini İbrahimov İntiqam Nazir oğluna göndərib ki, tez mənə çatdırsın.Bütün aidiyyatı orqanlara yazdığım şikayət ərizələrim araşdırılması üçün Göyçay rayon prokurorluğuna həvalə edildiyindən Elviz adlı müstəntiq izahatımı aldı.Ancaq izahatımda adını göstərdiyim şahidlər qanunda nəzərdə tutulmuş qaydada dindirilmədi, bankomatdan sosial kartlarımdan həmin vaxta qədər pulun kimin tərəfindən çıxarılması qanunu qaydada yoxlanılmadı. Göyçay rayon prokurorluğu maddi maraqlarına görə Seymur Mehdiyevin cinayət əməlinin üstünü ört-basdır etmişdir.Hansı ki, prokurorluq apardığı araşdırmaya görə hər-hansı bir qərar qəbul etməli idi.Bütün bunalar onu deməyə əsas verir ki, Göyçay rayon prokurorluğu Seymur Mehdiyevin verdiyi pulu dövlət qanunlarından ali tutub cinayət əməlinin üstünü ört-basdır etmişdir.Ortada konkret və mötəbər subutlar var ki, "AtaBank"ASC-nin Göyçay filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyev mənə məxsus sosial kartlarımı uzun müddət özündə saxlamaqla kredit borcumun əvəzinə bankomatdan pullar çıxartmışdır.Mən artıq bu qanunsuzluq barədə Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova şikayət ərizəsi ilə müraciət etmişəm.İstəyirəm ki. bu cinayət faktını Milli Təhlükəsizlik Nazirliyi araşdırsın.Buna görə də mətbuat vasitəsi ilə Milli TəhlükəsizlikNaziri cənab Eldar Mahmudova müraciət edib xahiş edirəm şikayət ərizəmi saxtakarlıqla məşğul olan və öz maddi maraqlarını dövlət qanunlarından ali tutan Göyçay rayon Prokurorluğuna göndərməyin, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tam, hər tərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.