Şabran icra başçısı sahibkara 22 min manat “atıb”? - VİDEO

13-05-2015, 00:12           
Şabran icra başçısı sahibkara 22 min manat “atıb”? - VİDEO
Maraqlıdır, görəsən, bəs Şabranda dövlət büdcəsindən ayrılan pullar hara xərclənib?


BTV bildirir ki, yerli icra hakimiyyəti orqanlarının bəzi rəhbər şəxsləri sahibkarlara müəyyən işləri gördürsələr də, onların pulunu qaytarmırlar.
Əhmədlidə yaşayan Eldar Əsədov da eyni problemlə üzləşib. Belə ki, o, Şabran İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla qarşılıqlı anlaşma əsasında rayonda bir sıra işlər görüb. Lakin hələ də pulunu ala bilmir.
Şikayət məktubu ilə bizə müraciət edən Eldar Əsədov bildirir ki,onu icra başçısı ilə keçmiş millət vəkili Mətləb Mütəllimli 2013-cü ildə tanış edib. Onların işbirliyi də elə bundan sonra baş tutub. Eldar Əsədovun sözlərinə görə işbirlikləri başa çatdıqdan sonra icra başçısı ona öz təşəkkürünü bildirib və söyləyib ki, dekorativ ağacların pulunu ona müavini Mehdi müəllim verəcək. Lakin o da vaxtı uzadıb və pulu ödəməyib. Sahibkar sonuncu dəfə müraciət edib pulunu tələb etdikdə isə onu icra hakimiyyətinin digər nümayəndəsi Natavan xanıma yönləndiriblər. Şikayətçinin səsləndirdiyi ittihamlara aydınlıq gətirmək məqsədilə Şabran icra hakimiyyətinin nümayəndəsi, adı çəkilən Natavan xanımla əlaqə saxladıq O, bizə sərt cavab verərək suallarımızı cavabsız qoydu.
Məlumdur ki, bölgələrdə aparılan abadlıq- quruculuq işlərinə maliyyə dövlət hesabından ayrılır. Maraqlıdır, görəsən ,bəs Şabranda bu pullar hara xərclənib?
[media=https://www.youtube.com/watch?v=WQeiTzKqtNo]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.