Abşeronda Femida tərəzisini itirib - Məhkəmə saxtakarlığa imza atır?

13-05-2015, 10:50           
Abşeronda Femida tərəzisini itirib - Məhkəmə saxtakarlığa imza atır?
Abşeron sakini Şaxıyev Axverid Hacıağa oğlu Abşeron rayon məhkəməsində üzləşdiyi qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə şikayətlənib. Narazı vətəndaşın bir nüsxəsini də DİA.AZ-a yolladığı şikayət məktubunda deyilir:

“Mənə, yəni Axverdi Şaxıyevə qarşı Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun və hakim Şövkət Nəcəfovanın qanunsuz hərəkətləri barədə Dövlət orqanlarlna müraciət etmişik. Həmin müraciətlə əlaqədər aşağıdakı halları bir daha nəzərinizə çatdırıram. Ali Məhkəmənin mülki kollegiyaslnda baxlLmlş işə Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədirliyi ilə yenidən baxılır ..

Mən Axverdi Şaxıyev 1999-cu ildə qanuni istifadəmdə olan və Saray qəs. yerləşən 10 sot torpaq sahəsini Saray qəsəbə sakini Zibər Mailovaya satmışdım. Zibərin oğlu Məhərrəm Aslanovdan 2011-ci ilin yayında boşanmış Zülfiyyə Qocayeva Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədovun bacısı Ofeliyanın qonşusu olmasından istifadə edərək 2013-cü ilin may ayında Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verərək guya torpaq sahəsinin Zibər Mailovaya deyil, ona satılmasını iddia etmiş və torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Torpağın mülkiyyətçisi MƏN Axverdi Şaxıyev, arvadlm Gülnarənin, digər şahidlər Cəmilə Bəşirovanın, Niyaməddin Baxışovun, Sevda Aslanovanın, Zakirə Abdullayevanın torpaq sahəsinin MƏN tərəfindən Zibər Mailovaya satıldığı təsdiq edilsədə, Əşir Səmədovun təsiri və təzyiqi ilə Abşeron Rayon Məhkəməsində torpağın alqı-satqı müqaviləsi MƏN Axverdi Şaxıyev ilə Zülfiyyə Qocayevanın arasına bağlanmış hesab edilməsi ilə bagLl qanunsuz məhkəmə qətnaməsi qəbul edildi. Əşirin əli Sumqayıt Appelyasiya Məhkəməsinə də çatdı. Appelyasiya məhkəməsi də qanunsuz və əsassız qətnaməni dəyişmədi. Halbuki, mən dəfələrlə Zülfiyyəni ilk dəfə 2009-cu ilin aprel ayında Zibərlə onun yanıma gələndə gördüyünü bildirmişdim.

Nəhayət, haqq-ədalət öz yerini tutdu və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası №2(102)-3347/2014 saylı mülki işə baxarkən 25 sentyabr 2014-cü il tarixdə ədalətli və qanuni qərar qəbul etdi və aşağı instansiya məhkəmələrinin qətnamələrini ləğv etdi və Qocayeva Zülfiyyənin iddiasının rədd edilməsi barədə yeni qərar qəbul etdi.

Amma Əşir Səmədova arxalanan Zülfiyyə bununlada kifayətlənmədi,MƏNƏ YƏNİ Axverdiyə qarşı şər-böhtanını davam etdirərək, guya ona ziyan vurduğumu və bu “ziyanın” ödənilməsiu barədə mənə YƏNİ Axverdiyə qarşı iddia qaldırmışdır. Əşir Səmədov da məhkəmənin sədri kimi bu işə baxılmasını sifarişli qərarlar qəbul etməkdə sərişdəsi olan, yol verdiyi nöqsanlara görə intizam tənbehi qaydasında Sumqayıt şəhər məhkəməsinin hakimi vəzifəsində kənarlaşdırılaraq, Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş Şövkət xanım Nəcəfovaya tapşırmışdır.

Şövkət xanım iddia ərizəsinin mürəkkəbi qurumamış, 22 dekabr 2014-cü il tarixdən Zülfiyyənin əsassız iddiası ilə təqdim etdiyi ərizə əsasında iddianın təmini tədbiri kimi mənim torpağım üzərinə həbs qoymuşdur. Bu barədə qərardad mənə Axverdiyə göndərilməmişdir. Bizim şikayətimizdən sonra, 15 yanvar 2015-ci il tarixdə qərardad sahə müvəkkili vasitəsi ilə MƏNƏ Axverdiyə göndərilmişdir. Şövkət Nəcəfova isə guya qərardadın 26 dekabrda göndərdiyi barədə arayış vermişdir. Halbuki, 26 dekbrda altında heçbir qərardad olmayan bildiriş göndərilmişdir.

13 yanvar 2015-ci il tarixdə əsassız iddia üzrə başlanmış icraata xitam verilməsi barədə vəsatətimiz təmin edilməmişdir.

Aslanova Sevda Səhrətəli qızının şahid qismində dindirilməsi barədə vəstətimizdə hakim tərəfindən təmin edilmədi.

Habelə bizim etirazlarımıza baxmayaraq , hazırda Zülfiyyənin ev sahiblərini qovub yaşadığı evin və torpagln qiymətləndirilməsi barədə onun nümayəndəsi Tural Qocayevin vəsatəti ilə 17.03.2015-ci il tarixdə ekspertiza keçirilməsi barədə qərardad qəbul olundu. Bununla da gələcəkdə qanunsuz və əsassız qətnamə qəbul edilməsi üçün zəmin hazırlandı.

Əgər şahid ifadələri və digər sübüutlarla torpağı Zibər Mailovaya satdığı isbatlanırsa, Zülfiyyənin vəsatəti əsasında onun olmayan torpaq sahəsinin və evin qiymətləndirilməsinin nə mənası var və nə məqsəd daşıyır?

Onu da qeyd edim ki, Zülfiyyənin 2-ci nümayəndəsi Toğrulu 17.03.2015-ci il tarixdə, yəni ekspertiza məsələsi həll edilən gün Şövkət xanımın otağıda onunla mehriban söhbət edən gördüm.

05.03.2015-ci il tarixdə Ədliyə naziri Cənab Fikrət Məmədova yazdığımız ərizə 11.03.2015-ci il tarixdə Əşir Səmədova göndərilsə də, onun tərəfindən bizə cavab verilməmişdir”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.