Astara İcra başçısı Qəzənfər Ağayev Kəmaləddin Heydərova qarşı - ETİBAR MİRZƏYEV 1 AİLƏNİ BELƏ AC QOYDU
27-05-2016, 09:33
Son bir neçə ayda 7News.az redaksiyasına icra orqanlarında çalışan məmurlarla bağlı ardı-arası kəsilmədən şikayətlər daxil olmaqdadır. Şikayətlərin mahiyyətinə baxanda onların çox asan və sadə formada həllinin mümkünlüyü yəqin etmək olur. Məmurların vətəndaşların şikayətlərinə laqeyid yanaşmaları sonucda onların dövlətə olan inamını sarsıltmış olur. Son iki ildə Cənab Prezident İlham Əliyev icra başçıları ilə mütəmadi müşavirələr keçirib. Taplantılar zamanı ölkə rəhbəri məmurlara ciddi xəbərdarlıq etdi. Eyni zamanda icra orqanlarında çalışan məmurlara vətəndaşların problemlərinin operativ həll olunması ilə bağlı öz tapşırıqlarını verib. Görünür bəzi məmurlar ölkə rəhbərinin iradəsinə zidd getməklə vətəndaşları dövlətdən narazı salmağı özlərinə “borc” bilirlər. Redaksiyamıza daxil olan şikayətlər araşdırıldıqdan sonar saytımızda dərc edilir. Şikayətlərdən birini olduğu kimi Sizlərin diqqətinə çatdırırıq:
“Hörmətli 7News.az redaksiyası!
Özüm birinci qrup əliləm, xəstəliyimə görə 140 manat dövlət mənə sosial pensiya verir. 140 manat mənim müalicə məqsədlərimə istifadə olunur. 2011-ci ildə ailə qurmuşam və iki oğlan uşağım var. İki uşaqlarıma ünvanlı sosial yardım verilmir, heç ala da bilmirəm. Ailə quran vaxtda ata-anam dövlət işində işlədiyinə görə ailəmin təlabatı ödənilirdi, heç bir çətinliyim yox idi, indi isə atam yaşa görə işdən 2015-ci ilin yanvarın 30-dan azad olunub və qocalığa görə pensiya ilə təmin edilib. Atamın aylıq aldığı pensiyası öz təlabatını çətinliklə ödəyir.
Anam rayonun Ərçivan qəsəbəsi Uşaq baxçasında işləyir, aylıq 105 manat aldığı məvaciblə mənim ailəmin aylıq təlabatını ödəyə bilmədiyinə görə mən 2015-ci ilin fevralın 21-də Fövqaladə Hallar Naziri Cənab Kəmaləddin Heydərov Astaraya öz nümayəndə heyəti ilə əhali ilə görüşə gələndə qəbuluna gedərək dərdimi söyləmək istədim. Məni onun müavini general-leytenant Etibar Mirzəyevin qəbuluna saldılar. Çox istədim ki, nazir K. Heydərovon qəbuluna gedim, lakin Etibar Mirzəyev məni Nazirin qəbuluna qoymadı və dedi mən hər şeyi həll edərəm. Şəxsən özü rayon icra başçısı Qəzənfər Ağayevi yanına çağırdı, mənim ailə vəziyyətimi yaxşılaşdırılması barədə nə lazımdı köməklik etməyini İcra hakiminə tapşırdı və mənim atamı yüksək maaşlı işlə təmin edəcəyi ilə bağlı Nazir müavininə söz verdi. Lakin bir müddətdən sonra atamı işlə təmin edə bilmədi, məni yerli Ərçivan qəsəbə bələdiyyəsində işlə təmin etdi və bilə-bilə ki, orada aylıq maaş verilmir və mən 5 aydır ki, əmək haqqı almıram. Heç işçilər də orada əmək haqqı ala bilmirlər.
Budurmu nazir müavini icra başçısına tapşırığı?!
Mənə aylığ yazılan əmək haqqı orta aylıq əmək haqqı qədərdə deyil. Cəmi 133 manatdır. Məsələ ilə bağlı yerli icra başçısı Q.Ağayevin qəbulunda dəfələrnən olmuşam. 1-2-3-cü müavinlərin də qəbulunda olmuşam, ancaq nə fayda? Deyirlər hara gedirsən get, məndə qalmışam çarəsiz.
Əgər mənim uşaqlarımın ehtiyacı olduğu vaxtda mənə dövlət dəstəyi yoxdursa, böyütdüyüm, gələcəyin iki əsgərinə hansı vətənəpvərlikdən danışa bilərəm?!
Budurmu əlil ailəsinə qayğı?! Niyə mənə yaşamaq üçün şərait yaratmırlar ki, gələcəyin iki əskərini böyüdüb, ölkəyə nümünəvi bir vətandaş olsun. Anamın aldığı 115 manatla uşaqlarımın təlabatını tam ödəmir və müqaviləynən işləyir. İki ay qalıb müqabilənin bitməsinə bəs mən nə edim?
1. Uşağlarıma sosial yardım verilmir,
2. Altı aydır aylıq əmək haqqı almıram,
3. Anam müqaviləynən işdədiyinə görə iki aydan sonra müqavilənin vaxtı bitir.
Hörmətlə Müşfiq Əliyev”
Qarşı tərəflə əlaqə yaratmağa çalışsaq da istəyimizə nail ola bilmədik. Buna baxmayaraq bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.