"İndi bildim ki, `LEOBANK` kartları niyə pulsuz və zaminsiz paylanır..." - "Ayıq olun, 30 faizlik sələm tələsinə düşməyin..."

28-12-2022, 11:38           
"İndi bildim ki, `LEOBANK` kartları niyə pulsuz və zaminsiz paylanır..." -
"Dostlar, 3 ay müddətində "Unibank"-ın "Leobank" kartından istifadə etdikdən sonra bu kart haqda rəy yazmaq istərdim". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fuad Hafiz adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş bildirir: "Təcrübəmi sizinlə də bölüşmək isteyirəm ki, kimsə bu tələyə düşməsin. Əsasən zaminsiz və pulsuz verilən bu kart başqa banklardan fərqli olaraq, istifadə olunan vəsaitə görə hər ayına inanilmaz - 2-3 faiz tutur!

Bu illik 27 faiz edir (~30%). Bu hətta ölkədəki banklar arasındakı faizə görə belə çox böyük rəqəm və açıq-aydın soyğunçuluqdur!

Bankın müştəri xidmətinə də bildirdim iradımı. İndi aydın olur ki, niyə bu kartı hamıya pulsuz və hətta zaminsiz paylayırlar.

Bu gündən kartın məbləğini bağlayıb ondan imtina edirəm və hər kəsi diqqətli olmağa çağırıram. Ayıq olun, 30 faizlik sələm tələsinə düşməyin".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru