Vasif Talıbovun pasportunu götürüblər
30-12-2022, 09:36

Teref.az yazır ki, jurnalist Heydər Oğuzun verdiyi xəbərə görə, "xan" həzrətlərinin pasportu da əlindən alınıb. O, artıq xaricə qaçmaq istəsə, insana məxsus nəqliyyat vasitələrindən və qaçış imkanlarından faydalana bilməz. Qibleyi-aləmi ancaq piyanarın sehirli xalatı xilas edə bilər.
Pis isə odur ki, sehirli xalat insanı xaricə yox, fərqli zamanlara aparır. Xan həzrətləri keçmişə getsə, onda gərək Heydərqulu xanın qabağına çıxıb onunla cəhg eyləyə. Bunun üçün isə gərəkdir ki, Kərəm və Nemət Mustafayevlərlə bərabər onların əlahiddə ordu qoşunlarının nemətçiklərini də özü ilə apara. İnanmıram ki, o boyda ordu və general - "zadni-skorost" müəllim həmin xalata yerləşə.
Yox, şayət, gələcəyə getsə, qorxuram, onu gələcəkdə tutub muzeydə avtomat kuklaya çevirələr. Muzeyə gələn uşaqlar düyməni basanda "xan" həzrətlərinin başı üzərindəki şüşə qutu açıla və Vasif müəllim oturduğu taxtın üzərindən qalxa, əl-qolunu sallaya-sallaya özünü gələcəyin uşaqlarına tanıda.
Bir sözlə, pasportu əlindən alınan xana bundan sonra rahatlıq yoxdur.
Heydər Oğuz
Teref.az