Böyük İsgəndər də Talıbov mafiyasının qurbanı olub FOTO

3-01-2023, 08:02           
Böyük İsgəndər də Talıbov mafiyasının qurbanı olub  FOTO
Naxçıvan “leşyeyən”lərinin məhv etdikləri müəssisələrdən biri də "Qaqaş" kiçik müəssisəsi olub. Adının kiçik müəssisə olmasına baxmayın. Sahibkar İsgəndər Cabbarovun redaksiyamıza göndərdiyi sənədlərdən aydın olur ki, müəssisənin nəzdində 1.2 hektarda yerləşən yanacaq doldurma məntəqəsi, 32 otağı olan 3-mərtəbəli otel, 400 nəfərlik restoran, avtotəmir emalatxanası, gözətçi köşkü, 3 ədəd dükan və ofis binaları olub. 2007-ci ildə həmin müəssisə Vasif Talıbovun “turpun seyrəyi yaxşı olar” siyasətinə qurban gedəndə 30 nəfər işçiyə çörək verirdi.
Teref.az yazır ki bunu jurnalist Heydər Oğuz deyir.Daha sonra davam edərək deyir:
Maraqlıdır ki, Vasif Talıbovun əksər “leşyeyənləri” Şərur rayonundan olub. Əzazil "xan" daha sonra köhnə leşyeyənlərinin cəsədini də təzələrinə yedirib. Təzə leşyeyənləri belə, eyni rayondan seçib. Bununla guya, yerlipərəstlik maskası geyinərək öz hakimiyyətini qorumağa çalışıb. Dəhşətli hal budur ki, istər köhnə, istərsə də təzə “leşyeyən”lərin hamısının əsas ovu məhz öz rayonlarının sahibkarları olub. Başqa sözlə desək, gözü öz göbəyindən özgə heç nəyi görməyən Vasif Talıbovun hətta yerlipərəstliyi də saxta imiş.
İsgəndər Cabbarov da Şərur rayonunun Düdəngə kəndində anadan olub, 6 uşağı var və övladlarından biri I qrup əlildir. Bir vaxtlar Naxçıvanın ən ünlü iş adamlarından olan və “Böyük İsgəndər” ləqəbi ilə adı dillərdə dolaşan iş adamı indi öz övladının müalicəsini belə düz-əməlli apara bilmir. İsgəndər Cabbarov Vasif Talıbovun “leşyeyən”lərindən fərqli olaraq öz müəssisəni korrupsiya və rüşvət pulu ilə qurmayıb. Öz alın təri hesabına böyük təsərrüfat yaradıb və min bir əziyyətlə qurduğu müəssisəsini bir gün “leşyeyən”lərə qapdırıb.
Naxçıvan “leşyeyənləri” rubrikasında növbəti yazılarımızda İsgəndər Cabbarovun redaksiyamıza göndərdiyi şikayət məktubunu ciddi şəkildə araşdıracağıq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.