Bura səhiyyə ocağıdır, YOXSA?.. - MÜRACİƏT

3-01-2023, 12:45           
Bura səhiyyə ocağıdır, YOXSA?.. - MÜRACİƏT
"Bu tibb müsəssisəsində bizə qarşı çox hörmətsizlik etdi. Sakit xarakterimizi görüb ancaq qışqırırdı. Hara şikayət edim?" DİA.AZ bildirr ki, bu barədə müraciətində Bakı sakini Zeynəb Əsədzadə giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Tibbi arayış ödənişli olub, bu məsələ həkimlərə də təsir edib. Mən işə yeni başlayacam 8-ə qədər sənədlərimi hazırlamalıyam. Başlayacağım işdə hələ maaş kartım yoxdu.
Bu gün tibbi arayış almağa 18 nomreli Birləşmiş şəhər xəstəxanasının konsultativ poliknika şöbəsinə yaxınlaşdım. Anamla getmişdik.
Normalda sahə həkiminə yaxınlaşıb bu məsələni həll edirdik(20azn alirdlar)
Bu gün sahə həkimi xidmətin ödənişli olduğunu gedib 41 azn ödəyəcəyimizi dedi.
Bizə Cavanşirova Dilaviz həkimin otağına getməyimizi, orada ətraflı məlumat veriləcəyini dedi. Otağa yaxınlaşdıqda içəridəki Səidə tibb bacısı sərt reksiya ilə "gözlə" deyib 10 dəqiqə gözlətdi.İçəridə telefonda öz şəxsi evdə nə olduğunu kiməsə danışırdı. Həkim otaqda yox idi. Sonra həkim gəldi qapının ağzında bizi görüb yüksək səslə qışqıraraq get ödənişi ödə deyib otağına daxil olub qapını bağladı. Anamla asta səslə hara ödəyək deyə aramızda danışırdıq. Həkim bu dəfə qışqıraraq (elə bil kar falan var) get "kartocka" gətir dedi. "Kartıçk"anı gətirmişik... yenə qışqırır heç nə izah etmir."Kartın var qoy bura posterminala ödənişi et" deyir. Deyirəm kartım yoxdu nə qışqırırsız və ad soyadını soruşdum. Şikayət edəcəyimi bildirdim..."
İddia olunanlarla bağlı terefr.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.